Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sel səbəbindən Göyçay çayı üzərindəki körpünün dağılmaq təhlükəsi yaranıb

Sel səbəbindən Göyçay çayı üzərindəki körpünün dağılmaq təhlükəsi yaranıb


Göyçay rayonu ərazisindən keçən Göyçay çayı gətirdiyi su ilə bərabər bir çox problemlərə səbəb olub.



 



APA-nın yerli bürosunun xəbərinə görə, hər il yaz aylarında dağlardakı qarın əriməsi və yağan güclü yağışlar nəticəsində çayda suyun səviyyəsi qalxır, sel suları çayın yatağını yuyaraq genişləndirir. Son günlər yağan güclü yağışlar əmələ gələn sel suları Göyçay çayının yatağını xeyli genişləndirib, sahildəki əkin sahələrinə, meyvə bağlarına ziyan vurub. Sel suları Bakı-Şamaxı-Yevlax yolunun Göyçay çayı üzərindən keçən hissəsindəki avtomobil körpüsünün alt dəmir-beton dayaqları, eləcə də körpünün kənarındakı torpaq qatını yuyaraq təhlükəli vəziyyətin yaranmasına səbəb olub. Körpünün altındakı beton dayaqların bərkidilməsi üçün qabaqlayıcı tədbirlər görülməzsə sel suları tədricən körpünü dağıda bilər.



 



Seldən ziyan çəkən kənd sakinləri APA-ya bildiriblər ki, çayda suyun artması onlara məxsus meyvə bağlarında və digər əkin sahələrində olan torpaq qatını yumaqla böyük uçqunlar törədib, çay yatağı genişlənərək həyətyanı sahələrə çatıb.



 



Sakinlərin sözlərinə görə, əvvəllər müəyyən yerlərdə çayın eni 50-60 metr idisə indi bu ərazi sel sularının dağıdıcı təsiri nəticəsində genişlənərək 1.6 kilometrə çatıb. Əvvəllər bir hektar torpağı olan kənd sakinləri indi selin yaratdığı fəsadlar səbəbindən torpağının yarısının yuyularaq yoxa çıxdığını bildirirlər.



 



Qeyd olunub ki, Göyçay çayının kənarlarında beton bəndvurma işləri aparılmasa, getdikcə yatağı genişlənən çayın suyu yaxın ərazilərdəki evlərə də təhlükə yaradacaq.



 



Sel suları meyvə ağaclarını aşırıb, tərəvəz sahələrini tələf edib.



 



Göyçay çayının sağ sahilindəki Potu, Ulaşlışıxlı, Çərəkə kəndlərinin, sol sahilindəki Cəyirli, Qızılağac, Şəkili və Kürdşaban kəndlərinin sakinləri də tez-tez çayın gətirdiyi sel sularının törətdiyi fəsadlardan əziyyət çəkdiklərini açıqlayıblar.



 



Göyçay Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, sakinləri narahat edən bu məsələdən xəbərdardırlar. Problemlərin həlli üçün aidiyyəti qurumlara məlumat verilib.


Teqlər:
Bu xəbər cəmi 2205 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR