Zaqatalada 60 yaşlı kişi özünü təndirxanada asıb.
Yenimeydan.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mazıx kəndində qeydə alınıb. Kənd sakini, 1957-ci il təvəllüdlü Məzahir Fazil oğlu Allahverdiyevin meyiti yaşadığı evin həyətyanı sahəsindəki təndirxanada asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Aparılan ilkin araşdırma zamanı 60 yaşlı Məzahir Allahverdiyevin hələki istintaqa məlum olmayan səbəbdən intihar etməsi məlum olub.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.