Türkiyənin Kappodokiya vilayətinin Nevşehir şəhərində hava şarının düşməsi nəticəsində ölən şəxsi Fransanın Türkiyədəki baş konsulunun köməkçisi olduğu aydınlaşıb.
Yenimeydan.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, diplomat Vensan Tujun cəsədi Ankaraya gətirilib.
Xatırladaq ki, Nevşehirdə hava şarının yerə düşməsi zamanı 1 nəfər ölmüş, 20 nəfər isə xəsarət almışdı.