Bakıda məktəbli intihar edib.
Yenimeydan.info xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb. Orada yaşayan 11-ci sinif şagirdi, 1999-cu il təvəllüdlü Nərmin Aslanova özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.