Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərib.
Yenimeydan.info Modern.az-a istinadən xəbər verir ki, aprelin 10-da Fövqəladə Hallar Nazirliyinin ayırdığı qida məhsulları ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından Cibutiyə yola düşüb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yola salınan humanitar yardımlar qənd, şəkər tozu, kiloqram çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel və içməli sudan ibarətdir.