Gecə saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində yanğın baş verib.
Yenimeydan.info FHN-ə istinadən xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Həmçinin yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.