Qərb Universitetində yeni rektor fəaliyyətə başlayıb. Bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək.
Universitetdən verilən məlumata görə, böyük pedaqoji və idarəçilik təcrübəsinə malik olan yeni rektor Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktorudur.
Yenimeydan.info Qafqazinfo.az saytına istinadən xəbər verir ki, Latviya Dövlət Universitetinin professoru olan A. Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.