Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“İcra hakimiyyətləri küçə süpürməklə məşğul olur”

“İcra hakimiyyətləri küçə süpürməklə məşğul olur”


Millət vəkili Siyavuş Novruzov parlamentin plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı bir sıra təkliflərlə çıxış edib.



Yenimeydan.info” xəbər verir ki, S. Novruzov çıxışında xüsusilə bank faizlərinin həddindən artıq yüksək olmasına etiraz edib: “Yerli kommersiya bankları istehlak kreditləri müıyyənləşdirib. Banklar vətəndaşa 29 faizlə kredittəklif edir. Hansı ki, Mərkəzi Bank onlara 10 faizlə kredit verir. Yaxud, dollarla depoziti isə 3 faizlə götürər, amma krediti ən azı 24 faizlə təklif edir. Mərkəzi Bank bu rəqəmləri ciddi araşdırılmalıdır ki, hansı haqla bank 24 faizlə kredit verir. Burada hansı qazanclar var. Bütün bunlar ölçülüb-biçilməlidir”.



Bundan əlavə, çıxışında struktur islahatları məsələsinə də toxunan millət vəkili qeyd edib ki, Azərbaycanda bu gün 19- 18 nazirlik var: “Ancaq bəzi nazirliklərin regional idarələri mövcuddur. Ölkənin nazirliyi hökumətin strukturudur. Əgər lazımdırsa, nazirliklərin hamısı regional olmaldıır. Kimsə axşam yatıb səhər durub deyir ki, mən öz struktrumu regional etdim. Bəzi hallalda görürsən ki, həmin strukturlar ləğv olunur, əvvəlki sistemə qayıdır. Və yaxud, kim hansı rayonu istəyirsə, özünə regional mərkəz seçir. Bu, nəyə əsasən seçilir? İnsanlar başa düşməlidir ki, bu, nə üçün həyata keçirilir. Vətəndaş hər hansı problemi olanda yerli icra hakimiyyətlərinə müraciət edir. Hökumətin yerdəki səlahiyyətli nümayəndələri onlardır. Belə olan halda isə, icra hakimiyyətləri küçə süpürməklə məşğul olur”.



Sonda o qeyd edib ki, axır vaxtlar özəl sektorda insanlar yerli-yersiz ixtisara salınır: “İdarə rəhbəri öz cibinə toxunmur, amma işçinin maaşından çıxır. Əvvəl 500 verirdisə, indi 200 manat maaş verir. Bu özbaşınalıqlar aradan qaldırılmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 2720 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR