Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Milli Şuradan imtina etdilər

Milli Şuradan imtina etdilər
"İsa bəyin timsalında mənimlə son günlərə qədər danışıqlar gedib" Yazıçı-dramaturq Rüstəm İbrahimbəyov mətbuata verdiyi açıqlamada deyib ki, Milli Şuranın təsis toplantısı yüksək səviyyədə və uğurlu keçəcək: “Çünki danışıqlar uğurla gedib. İştirakçılar Milli Şuranın yaradılmasına böyük həvəs və inamla yanaşıblar. Baxmayaraq ki, bir neçə nəfər orada təmsil olunmaqdan imtina edib. Onlar bununla bağlı mövqelərini iyunun 5-də açıqlayıblar və bu, gözlənilməz oldu. Pənah Hüseyn, Rauf Arifoğlu, Arif Hacılı, İlqar İbrahimoğlu Milli Şurada təmsil olunmayacaqlarını deyiblər. Baxmayaraq ki, bir neçə gün əvvəl buna razılıq vermişdilər”. Bu iddia ilə bağlı, orada adı çəkilənlərdən biri - Rauf Arifoğlu musavat.com-a açıqlama verib. O deyib: “Hörmətli Rüstəm bəy yanlış məlumatlandırılıb. Mən heç zaman Milli Şurada təmsil olunmağa razılıq verməmişəm. Orada təmsil olunmayacağımı da hələ aylar öncə başqanım İsa Qəmbərə, daha sonra isə İctimai Palatanın Koordinasiya Şurasının bütün üzvlərinə dəfələrlə söyləmişəm. Onlar da əvvəlcədən bilirdilər ki, mən Milli Şurada təmsil olunmayacam. Mənim adım sadəcə 5 iyun tarixinə qədər siyahı layihəsində saxlanılıb və hörmətli İsa bəyin timsalında mənimlə son günlərə qədər danışıqlar gedib. Onu da qeyd edim ki, adları çəkilən Pənah Hüseyn və Hacı İlqar İbrahimoğlu da heç zaman heç yerdə deməyiblər ki, onlar Milli Şurada təmsil olunacaqlar. Milli Şurada təmsil olunmaq istəməməyimin səbəbləri barədə isə partiya başqanıma və İP KŞ üzvlərinə məlumat vermişəm. İctimaiyyət üçünsə onu deyə bilərəm ki, mən Milli Şuranın fəaliyyətinə kənardan, bir neçə media quruluşunun rəhbəri olaraq daha çox dəstək verə bilərəm. Son olaraq qeyd edim ki, İsa Qəmbər olan bir yerdə və quruluşda özümün də təmsiliyyətimin olduğu qənaətindəyəm; İsa bəy Milli Şurada olduğu müddətcə də bu quruluşa qarşı çıxmayacam”.

Teqlər:
Bu xəbər cəmi 2210 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR