Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq bütün hərbi hissə və birləsmələrdə geniş tədbirlər keçirilir.
Nazirliyin mətbuat xidmətindən "Yenimeydan.info"-a daxil olan məlumata görə, gələn həftə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 90 illik yubileylə bağlı geniş tədbirin keçirilməsi nəzərdə tutulur. Mayın 10-dək birlik, birləsmə, hərbi hissə və xususi təyinatlı hərbi təhsil müəssisələrində görkəmli elm və mədəniyyət xadimlərinin, veteran təskilatlarının iştirakı ilə Heydər Əliyevin xatirəsinə həsr olunacaq mədəni kütləvi tədbirlərin keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, hərbi hissələrin yerləşdikləri şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən Heydər Əliyev adına muzey, park və xiyabanlara şəxsi heyətin ziyarəti təskil olunur və bu tədbirlərdə hərbi qulluqçuların, onların ailə üzvlərinin birgə istirakı təmin edilir.
““Biz Heydər Əliyev Ordusunun əsgərləriyik” adlı bədii təşviqat briqadasının qornizon zabitlər evləri və klublarında cıxışları diqqəti cəlb edir. Yubileylə əlaqədar Heydər Əliyev Mərkəzinin əsgərlər arasında təşkil etdiyi “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” adlı əsgər məktubları müsabiqəsinə cəlb olunan gənc hərbi qulluqçular oz yaradıcı biliklərini fəal səkildə numayiş etdiriblər”-deyə nazirlikdən bildirilib.
Keçirilən tədbirlərin davamı olaraq may ayının ilk günlərində vaxtilə Heydər Əliyevin cəbhə bölgəsində ziyarət etdiyi hərbi hissəyə ictimai və incəsənət xadimlərinin, millət vəkillərinin, ziyalıların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, jurnalistlərin səfərinin təskili nəzərdə tutulur.