Şirkət Azərbaycan, Avropa və Asiya-Sakit Okean Regionunda mükəmməl iş şəraitinə görə fərqlənib
Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin işçilər üçün yaratdığı mükəmməl iş şəraiti bir daha təsdiqlənmişdir. Ən Yaxşı İşəgötürənlər İnstitutu (Top Employers Institute) tərəfindən aparılmış müstəqil araşdırmanın nəticələri şirkətin öz əməkdaşlarının qayğısına xüsusilə yaxşı qaldığını göstərir. JTI Azərbaycan öz əməkdaşlarının inkişafına verdiyi əhəmiyyəti nümayiş etdirərək, Azərbaycan, Avropa və Asiya-Sakit Okean Regionu üzrə 2017-ci il üçün müstəsna olaraq Ən Yaxşı İşəgötürən Mükafatına layiq görülmüşdür.
“JTI şirkəti olaraq biz uzunmüddətli perspektivi nəzərdə tutaraq əməkdaşlarımıza sərmayə qoyuruq. Biz öz işçilərimizi inkişaf etmək və təkmilləşmək üçün imkanlar yaratmaqla yanaşı onların nailiyyətlər qazanmasını təmin edəcək iş mühiti təklif edirik”, bunları “JTI Caucasus” şirkətinin Baş direktoru, Pol Holovey bildirmişdir. “Bu yanaşma Top Employers Institute tərəfindən bir daha təsdiq edildiyindən, habelə Qafqaz regionunda Ən Yaxşı İşəgötürən statusuna malik olan yeganə şirkət olduğumuzdan qürur duyuruq”.
Top Employers Institute tərəfindən hər il keçirilən araşdırma dünyanın aparıcı işəgötürənlərini öz işçiləri üçün mükəmməl şərait yaradan, təşkilatın bütün səviyyələrində istedadları yetişdirən və inkişaf etdirən, işəgötürmə üsullarını davamlı olaraq optimallaşdırmağa çalışan şirkətlər kimi müəyyən edir.
Top Employer Institute JTI şirkətinin Azərbaycanda işçilər üçün yaratdığı şəraiti aşağıdakı meyarlar əsasında qiymətləndirmişdir:
İstedadların idarə edilməsi strategiyası
İşçi qüvvəsinin planlaşdırılması
Yeni işçilərin uyğunlaşdırılması
Təlim və inkişaf
Fəaliyyətin idarə edilməsi
Liderliyin inkişafı
Karyera və əvəzetmənin idarə edilməsi
Mükafatlandırma və bonuslar
Korporativ mədəniyyət
Top Employers Institute təsisatının Baş icraçı direktoru David Plink: “Bizim hərtərəfli araşdırmamız JTI şirkətinin Azərbaycandakı nümayəndəliyinin bütün dünyada əmək şəraitini yaxşılaşdıran seçilmiş işəgötürən qrupuna aid olduğunu müəyyən etmişdir. Şirkət əməkdaşlarına yüksək səviyyəli qayğı göstərilir. “Ən Yaxşı İşəgötürən 2017” sertifikatına layiq görüldükləri üçün onlar artıq özlərini həqiqətən dünyanın ən yaxşı işəgötürənlərindən ibarət qrupun lideri hesab edə bilərlər. Bu, qeyd olunacaq bir hadisədir!”
JTI şirkətinin Azərbaycanda 65 yerli işçisi vardır. Azərbaycanda fəaliyyət göstərən “Ən Yaxşı İşə Götürən” statusuna layiq görülməklə yanaşı, JTI bir daha Avropa və Asiya-Sakit Okean regionu üzrə “Ən Yaxşı İşəgötürən” mükafatı ilə təltif edilmişdir.
JTI şirkəti aparıcı beynəlxalq tütün məhsulları istehsalçı olaraq "Japan Tobacco" Şirkətlər Qrupunun üzvüdür. Baş qərargahı İsveçrənin Cenevrə şəhərində olan və 120-dən artıq ölkədə fəaliyyət göstərən JTI şirkətinin bütün dünya üzrə təxminən 26,000 işçisi vardır. Şirkətin 31 dekabr 2015-ci il tarixində başa çatan maliyyə ili üçün əsas gəliri 10,3 milyard ABŞ dolları təşkil etmişdir.