Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Eldar İbrahimov: “Həmsədr ölkə kimi Fransadan gözləntimiz budur ki…”

Eldar İbrahimov: “Həmsədr ölkə kimi Fransadan gözləntimiz budur ki…”


“Ölkə Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfərini çox müsbət qiymətləndirirəm. Bu səfər Azərbaycanın, ölkə Prezidentinin Avropada və dünyada nə qədər mühüm əhəmiyyətə və böyük nüfuza malik olduğunun nəticəsi hesab edilə bilər”.

 



"Yenimeydan.info" saytı Gununsesi.info-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) komitə sədri Eldar İbrahimov deyib.

 



Azərbaycan Prezidentin Fransaya səfər proqramının kifayət qədər geniş və əhatəli olduğunu  vurğulayan komitə sədrinin sözlərinə görə,  həm rəsmi, həm siyasi, həm də biznes dairələri ilə görüşlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.





E. İbrahimov qeyd edib ki, əlbəttə, gündəlikdə duran ən vacib, ən mühüm məsələ Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə son qoyulması və bu məsələdə Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi rolunun artırılmasıdır:

 



“Bildiyiniz kimi, Fransa ATƏT-in Minsk qrupunun həmsədrindən biridir və bir çox hallarda da ermənilərə, Ermənistana yaxınlığı, ona dəstəyi ilə seçilən ölkələrdəndir. Bunu da zaman-zaman dilə gətirmişik, sərt mövqeyimizi də ifadə etmişik. Ancaq bununla belə hesab etmişik və edirik ki, Fransa Qarabağ  münaqişəsinin həllində böyük rol oynaya, təcavüzkar, işğalçı Ermənistana təsir göstərə bilər. Bizim də həmsədr ölkə kimi Fransadan gözləntimiz budur.



Eyni zamanda, onu da nəzərə almaq lazımdır ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həllində öz səylərini göstərir. Lakin bu səylər daha konkret, daha prinsipal və daha yüksək səviyyədə olmalıdır. Səfərin məqsədi də əlaqələrin möhkəmləndirilməsi, Dağlıq Qarabağ münaqişəsi barəsində obyektiv informasiyanın Fransa rəsmi dairələrinə çatdırılmasıdır.



Səfər zamanı dövlət başçısı da bu məsələdə Azərbaycanın konkret mövqeyini ortaya qoydu, status-kvonun bir daha qəbuledilməzliyini söylədi və bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar mövzusu ola bilməz, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək əzmində, gücündədir”.





Komitə sədri həmçinin bildirib ki, dövlət başçısının Fransa səfəri iqtisadi baxımdan da mühüm əhəmiyyətə malikdir.

 



“Azərbaycan Prezidentinin Fransanın işgüzar dairələri ilə görüşləri, birgə iqtisadi layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanlarının nəzərdən keçirilməsi də bu qəbildən olan məsələlərdən hesab edilə bilər. Azərbaycanda bu gün investisiyalar üçün cəlbedici bir mühit, zəmin, şərait var.



Azərbaycan eyni zamanda, Avropaya öz kapitalını, sərmayəsini yatırır və bununla da hər iki tərəf üçün müsbət nəticələr əldə olunur.



Ümumilikdə götürdükdə Prezidentin Fransaya səfəri səmərəli və ümidvericidir”-deyə, o, sözlərinə əlavə edib.


Teqlər:
Bu xəbər cəmi 1935 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR