Bakıda “Dağlıq Qarabağ münaqişəsi: mənbələr, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransı işinə başlayıb. Müxtəlif ölkələrdən 50-yə yaxın artıq alim və siyasətçi iştirak edir.
"Yenimeydan.info" xəbər verir ki, beynəlxalq konfrans tarixi məsələlərə, beynəlxalq dialoqun genişlənməsinə, sülh təşəbbüslərinə, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması məqsədilə Ermənistan-Azərbaycan dialoquna həsr olunub.
Konfransda Azərbaycandan, Gürcüstandan, Rusiyadan, Türkiyədən, Qazaxıstandan, Kanadadan, Ukraynadan, İsveçdən, Özbəkistandan olan nümayəndələr, həmçinin erməni xadimlər və tədqiqatçılar qatılıb.
Konfrans “Qafqazın tarixi mərkəzi” ictimai birliyi tərəfindən təşkil edilir.
Rusiya təmsilçisi Maksim Şevçenko deyib ki, ermənilərin ən tanınmış partiyası olan "Daşnaqstyün" indiyə qədər heç bir ölkə - Azərbaycana, nə də Türkiyə ilə danışıqlara maraq göstərməyib. "Bu partiya terrorla gündəmə gəlib".
***
Tədbirdə çıxış edən erməni hüquq müdafiəçisi, yazıçı Vaqe Avetyan deyib ki, 5 erməni yazıçısı birləşərək bəyanat qəbul ediblər. "Bu gündən sonra barışsaq da, döyüşsək də biz ermənilərin törətdiyi soyqırımı qəbul edirik və azərbaycanlılardan buna görə üzr istəyirik".
Qeyd edək ki, adıçəkilən şəxs ötən ilin noyabr ayında Azərbaycana səfər edib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə önündə baş əyib, Bakıda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda təşkil olunmuş beynəlxalq konfransda iştirak edib.