Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri qalmaqalla yadda qalıb.
"Yenimeydan.info" Rusiya KİV-nə istinadən xəbər verir ki, sıxlıq Sarkisyanın mühazirə demək üçün getdiyi Moskva Beynəlxalq Əlaqələr İnstitunun yerləşdiyi Lenin və Vernadski prospektlərinin kəsişməsindən yaşanıb.
Axşam isə şəhərin mərkəzində yerləşən Ermənistan səfirliyinə yollanan Sarkisyan kortejinin hərəkət etdiyi yolboyu moskvalı sürücülərin tıxacda gözləməsinə səbəb olub.
Bir çox sürücülər yolların bağlı olması səbəbindən sərnişinləri yolun ortasına düşürməyə məcbur olub.