Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rüstəm İbrahimbəyov: "Vahid namizəd olaram"

Rüstəm İbrahimbəyov:


“Mən “mənim öz namizədim var” deyəndə konrket kimisə nəzərdə tutmurdum. Milli Şurada vahid namizədə layiq olmağa bir neçə nəfər var. Mən də bu bir neçə nəfərin arasından vahid namizədin seçilməsinə işarə vururdum”. Bu sözləri “Azadlıq”a tanınmış dramaturq Rüstəm Ibrahimbəyov deyib.

 

O, Milli Şuranın vahid namizədi ilə bağlı müzakirələrə, məlumatlara münasibət bildirib: “Gülməli şeylər danışırlar, əsassız məlumatlar yayırlar. Məsələn, deyirlər ki, Milli Şuranın vahid namizədi KQB nin sabiq rəhbəri Vaqif Hüseynov ola bilər. Mən onu nəzərdə tutmamışam. Digər tərəfdən Vaqif Hüseynov Azərbaycandan kənarda yaşayır və onun Azərbaycanla əlaqəsi yoxdur. O necə vahid namizəd ola bilər?! Vahid namizəd ümumi rəylə irəli sürülməlidir. Mənim nəzərdə tutduğum adamlar var, amma ümumi rəy əsas götürüləcək”.

 

Rüstəm Ibrahimbəyovun özünün vahid namizəd olacağı barədə deyilənlərə də toxunub: “Mən bir dəfə demişəm, bir daha təkrar edirəm ki, bir ziyalı kimi, Ziyalılar Forumunun təsisçisi kimi siyasətlə məşğul olmaq istəmirəm. Yəni, mənim hər hansı siyasi iddiam yoxdur, mən sadəcə azad və demokratik cəmiyyətin qurulmasını istəyirəm. Mənim mövqeyim belədir. Ona görə də mən nəzərdə tutduğum şəxslərdən birinin namizədliyini irəli sürəcəm. Amma ümumi rəy bundan ibarət olsa ki, vahid namizəd mən olum, o zaman bu qərara tabe olmağa məcburam. Bununla belə çalışacam ki, vahid namizəd Milli Şurada təmsil olunan və buna daha çox layiq şəxs olsun”.

 Tanınmış dramaturq Milli Şura ilə bağlı hakimiyyətin apardığı kampaniyadan da danışıb: “Təxribatla məşğuldurlar, Milli Şuranı gözdən salmaq istəyirlər. Gülməli ssenarilər danışırlar. Guya Milli Şuranın xarici qüvvələrin, xüsusilə Rusiyanın layihəsidir. Bu hakimiyyət özü Rusiyanın strateji partnyorudur. Ən yüksək səviyyədə dostluq edirlər, yeyib içirlər, pul verirlər Rusiyanın siyasi dairələrinə.

 

Milli Şura ona görə yaradılıb ki, Azərbaycanda ədalətli cəmiyyət quraq. Demokratik qüvvələrin birliyi bizim iç məsələsimizdir. Biz birləşməliyik ki, bu sülalə hakimiyyətindən canımızı qurtaraq. Əgər birləşmək bizim daxili məsələsimizdirə, daxili zərurətdirsə, o zaman birləşmək üçün xaricdən niyə əsas axtaraq?! Bu, gülməlidir. Amma təbii ki, xaricdən dəstək olarsa, daha yaxşı olar. Çünki bu hökumət zora istinad edərək mübarizə aparır. Mitinqlər zorakılıqla dağıdılır, insanlar siyasi əqidəsinə görə həbs edilir, vətəndaşların təməl hüquqları kobud surətdə pozulur. Və bu, davam edəcək. Ona görə də Azərbaycanda azad və ədalətli seçki keçirilməsi üçün beynəlxalq aləmin dəstəyi, bu hökumətə təzyiqi olmalıdır”.


Teqlər:
Bu xəbər cəmi 905 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR