Türkiyənin Kapadokiya turistik mərkəzində hava şarlarının sərt enişi nəticəsində 40-a yaxın turist xəsarət alıb.
"Yenimeydan.info" xəbər verir ki, bu barədə “Dogan” agentliyi məlumat yayıb.
Məlumata görə, turistik ekskursiyaların təşkili üçün istifadə edilən üç hava şarı sərt eniş edib. Qəza hava şəraitinin kəskin dəyişməsi nəticəsində baş verib.
Hava şarlarının səbətlərində Avropa və Çindən olan turistlər olub. 30-a yaxın turist yerində tibbi yardım alıb. Daha doqquz turist sınıqlarla xəstəxanaya yerləşdirilib.