Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Neft bazarındakı son durum və bizim vəziyyətimiz...

Neft bazarındakı son durum və bizim vəziyyətimiz...


“Yaxın illərdə neft qiymətlərinin heç olmazsa 50-60 dollar dəhlizində hərəkət etməsini OPEC və Rusiya üçün böyük uduş sayırlar”.  



"Yenimeydan.info" xəbər verir ki, bu sözləri iqtisadçı Rövşən Ağayev bildirib.

 



O qeyd edib ki, Rusiya mediasının neftin yenidən ucuzlaşmasının səbəbləri, neft hasilatının gündəlik təxminən 1.2 mln. barrel azaldılması ilə bağlı OPEC-Rusiya sazişinin təsirlərinin qısamüddətli olmasının səbəbləri haqda geniş təhlillər yazır:



 



“Hələlik OPEC və Rusiyanın "slans inqilabı"na qarşı qoya biləcəyi strategiya yoxdur. Başqa bir qənaət odur ki, neftin 60 dolları ötməsi artıq ənənəvi neft hasilatçılarının marağına uyğun deyil. Çünki yüksək qiymət "slans hasilatı"na inanılmaz dərəcədə genişləndirəcək. Yanaşmalardan biri budur ki, OPEC-Rusiya ittifaqı bazara müdaxilədən əl çəkə, neftin 30 dollara düşməsinə şərait yarada bilər. Bu halda, proqnoza görə, 2020-ci ilədək ABŞ-da gündəlik neft hasilatı 3 mln. barrelədək azala bilər. Amma belə olacağı halda, ABŞ iqtisadiyyatının yalnız bir sektoru böhranla üzləşəcək, OPEC-Rusiya cütlüyünün bütün iqtisadiyyatı kollaps olacaq. Bu isə çox ağır siyasi nəticələri qaçılmaz edəcək. Hər halda çox ağır vəziyyət yaranıb - artıq OPEC-Rusiya sazişinin davam etməyəcəyi ilə bağlı gözləntilər artıb”.

 



Ekspert deyib ki, bütün baş verənlərə baxmayaraq, bizim məmurların qəlbindəki "100 dollarlıq" neft sevdası bitib-tükənmək bilmir:

 



“Hələ də hansısa nazirliklərin ləğvi, hansısa post sahiblərinin yenilənməsi cəmiyyətə islahat kimi təqdim edilir. İslahat büdcə sistemindən başlanmalıdır - büdcənin hər qəpiyinin hesabını sormağa imkan verən proqram əsaslı və nəticəyə yönəlik büdcə mexanizmlərinin tətbiqinə imkan verən yeni büdcə qanunu qəbul edilməli, peşəkarlardan ibarət yeni qanunverici orqan formalaşdırılmalı, hakimiyyətin sərt mərkəzləşdirilməsindən imtina edib geniş səlahiyyətlərə və maliyyə muxtariyyyətnə malik yerli seçkili idarəetmə sistemi yaradılmalı, ali ranqlı məmurların bütün biznes fəaliyyətini qadağan edən hüquqi mexanizmlər təcili işə salınmalı, bütün vəzifəli şəxslərin əmlak bəyannaməsini ictimaiyyətə təqdim edən mexanizmlər işə düşməli, kommunal sektorda dövlətə yük olan bütün şirkətlər konssesisya əsasında özəl sektorun idarəçiliyinə keçməli, enerji sektorunda şirkətlərin bazara açılımı və korporativ idarəetməyə keçidi baş verməli, hökumət iri aqroholdinqləri dəstəkləmək siyasətindən imtina edib bütün dəstəyi kiçik və orta fermerçiliyin inkişafına yönəltməli, kiçik və orta sahibkarların kreditlərinin sığortası sistemini vaxt itirmədən işə salmalı, gömrükdə fiskal maraqları arxa plana keçirməli və sahibkarların vergi yükünü əhəmiyyətli dərəcədə azaltmalı, invoys qiymətini kənara qoyub sahibkarlara "bazar qiyməti" adı altında istənilən qiymətləri tətbiq edərək xarici ticarət əməliyyatları üçün vergi yükün ağırlaşdırmaq təcrübəsindən əl çəkilməlidir. Siz sadalanan istiqamətlərdə hansı bir addım atıldığını görmüsünüzmü?”


Teqlər:
Bu xəbər cəmi 2255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR