Rusiyanın federal telekanalı “TV Tsentr”ın aparıcısı Roman Babayan Dağlıq Qarabağa qanunsuz səfər edib.
"Yenimeydan.info" Ermənistan KİV-nə istinadən xəbər verir ki, Roman Babayanı səfərdə Rusiya Dövlət Dumasının keçmiş deputatı, Mərkəzi Asiya və Yaxın Şərqin Araşdırılması İnstitunun direktoru Semyon Baqdasarov müşayiət edib.
“Qarabağa ilk dəfə gəlmişəm. Tarixi vətənimə gəldiyim üçün həyəcanlıyam”.
Xatırladaq ki, Roman Babayan 1967-ci il dekbarın 7-də Bakıda anadan olub. O, Rusiyanın “TV Tsentr” (ТВ Центр) telekanalında “Səs haqqı” (Право Голоса) verilişinin 2010-cu ildən aparıcısıdır.