Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda Niderland baş konsulluğunun binası üzərindən bayrağı salanları tənqid edib.
"Yenimeydan.info" Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş nazir bu cür hərəkəti təxribat adlandırıb.
B.Yıldırın qeyd edib: “Gələcəkdə bu cür hallardan qaçmaq lazımdır”.
Qeyd edək ki, Niderlandın türk nazirləri ölkəyə buraxmaması Türkiyə diplomatik qalmaqala səbəb olub.