Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hollandiyanı “banan respublikası” adlandırıb. "Yenimeydan.info" xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə Kocaeli şəhərində keçirilən tədbirdə deyib.
“Hollandiya özünü banana respublikası kimi aparır” – deyə ölkə başçısı deyib.
Bundan öncə, Ərdoğan opponentlərini faşist adlandırmışdı.
Qalmaqal Türkiyənin ailə işləri üzrə naziri Fatma Batyülün Rotterdamda saxlanılması və Almaniyaya geri qaytarılması olmuşdu. Aprelin 16-da keçiriləcək referendum dəyişikliyi üçün Avropada yaşayan həmvətənləri ilə seçiqabağı görüşlər keçirmək istəyən rəsmi Ankara Avstriya, Almaniya və Hollandiya ilə münaqişə yaşayıb.