Bakı şəhəri Səbail rayonu Nizami küçəsindən keçən 250 mm diametrli magistral su kəmərində qəza baş verib.
Bu barədə “Azərsu” ASC-dən bildirilib.
“Baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 mart 2017-ci il tarixdə gün ərzində Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Nizami, İ.Səfərli, R.Rza, Mərdanov qardaşları, Y.Məmmədəliyev, T.Əliyarbəyov, H.Z.Tağıyev küçələrində bəzi ünvanlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə qurumdan qeyd edilib.
Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.