Fevralın 10-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Bu haqda Mərkəzi Bankdan "Yenimeydan.info"-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, hərracda və hərraca qədər banklararası valyuta bazarında bağlanmış əqdlər üzrə orta çəkili məzənnə 1,7431 səviyyəsində formalaşıb. Bu isə sabahın məzənnəsinin bugünkündən ucuz olacağına dəlalət edir.
Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,7563 manat səviyyəsindədir.