Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mehriban Əliyeva parlamentdə çıxış etdi

Mehriban Əliyeva parlamentdə çıxış etdi


Birinci vitse-prezident Mehriban Əliyeva parlamentdə deputatlıq fəaliyyətinin sona çatması ilə əlaqədar çıxış edib.



Yenimeydan.info” çıxışı təqdim edir:



“21 feval ölkə Prezidentinin sərəncamı ilə birinci vitse- prezident vəzifəsinə təyin edilməyimlə bağl deputat fəaliyyətimi dayandırmalı oluram. 10 ildən artıqdır ki, parlamentdə fəaliyyət göstərmişəm. Deputat adını daşımaqdan böyük şərəf duymuşam. Ölkəmizin inkişafında deputat korpusunun da böyük rolu olub. Xüsusilə də ölkədə həyata keçirilən islahatların hüquqi bazasının yaradılmasında deputatların xüsusi rolu olub. Bu müddət ərzində parlamentdə xoş ab-havanın şahidi olmuşam. Belə bir mühitin yaradılnmasında spiker Oqtay müəllimin rolu var . O öz vəzifəsini layiqincə yerinə yetirib.



Fəaliyyətim dövründə mənə müraciət edən insanlara dəstək olmağa çalışmışam. Fəaliyyətimin bütün dövrlərində rayon sakinlərinin dəstəyini hiss etmişəm. Bizim ünsiyyətimiz formal xarakter daşımayıb, nailiyyətlərimizə kömək olub. Əminəm ki, bundan sonra da Xəzər rayonun inkişafı üçün çalışacam.



Humanizm ideyalarına uyğun olaraq irəli sürdüyüm amnistiya aktlarının qəbul olumması təşəbbüsü həmkarlarım tərəfindən dəstəklənib. 39887 məhkum cəzadan azad edilmişdir. İnsanlara azadlıq bəxş etmiş deputatlara da təşəkkür edirəm. İnanıram ki, bu cür təşəbbüslər bundan sonra da mümkün olacaq.



Deputat fəaliyyətimi ömür fəaliyyətim kimi qiymətləndirirəm. Vəzifəmdən, fəaliyyətim istiqamətindən asılı olmayaraq sadə prinsiplərinə əsaslanmışam. Çalışıram ki, vəzifəmi vicdanla, ləyaqətlə yerinə yetirim. Çünki vicdan və ləyaqət, qarşlılıqlı hörmət və humanizm Tanrının insana verdiyi ən ali keyfiyyətlərdir. Bundan sonra da mənəvi dəyərləri üstün tutacam, müstəqilliyin qorunması, ölkəmizin inkişafı üçün hərtərəfli çalışacam.



Bu müddət ərzində soydaşlarımızdan mənim ünvanıma təbrik məktubları gəlir. Səmimi ürək sözlərinə görə hər birinə dərin minnətdarlığımı bildirirəm.



Bundan əlavə, bütrün Azərbaycan qadınlarını və parlamentdə təmsil olunan qadınları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm. Bu illəri birgə keçirdiyimiz fəaliyyətə görə sizə dərin minnətdarlığımı bildirirəm. Qoy, Tanrı hər zaman Azərbaycanı qorusun!”


Teqlər:
Bu xəbər cəmi 1775 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR