2 yaşındaki oğlunun fotolarını çəkərkən bir gözünün parladığını fərq edən ana bunun qorxunc bir xəstəliklə əlaqəli olduğunu internetdən axtararaq öyrənib.
"Yenimeydan.az" xarici mediaya istinadla xəbər verir ki, xanım Akshata Rao, 2 yaşındaki oğlu Aayaanın fotolarını çəkdiyi zaman onun sol gözündə bir nöqtə olduğunu üzə çıxarıb. “Aayaanın gözündə hər zaman bir parıltı vardı, ancaq həkimlər əndişələnməyə gərək yoxdur, zamanla düzələcək, söyləyirdilər” – deyə ana bildirir.
Fəqət, həkimlərin nikbin proqnozlarına baxmayaraq uşağın gözündəki parıltı düzəlmək yerinə, daha da böyüyür. Narahat olan ailəsi başqa bir həkimə də müraciət edir və eyni cavabı alır.
Aayaanın gözündəki simptompları Google-da axtarışa verən Rao, “retinoblastoma” adı verilən və nadir hallarda rastlanılan bir xərçəng növü ola biləcəyini müəyyən edir. Xəstəliyin xüsusilə foto çəkilişi vasitəsilə ortaya çıxdığını öyrənincə daha da narahat olur. O, narahatlığında haqlıydı.
Aparılan test yoxlamaları ilə təhlükəli xalın Aayaanın göz sinirinə yayıldığı ortaya çıxır.
2 yaşlı uşağın göz siniri və gözü çıxarılaraq süni bir göz yerleşdirlir. Əhəmiyyatdan sonra həkimlər təhlükənin tam zamanında aşkar edildiyini bildirirlər.
Protez gözün gerçəyindən ayırd edilmədiyini söyləyən fədakar ana, oğlu hayəyatda olduğu üçün Tanrıya şükr edir.