Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ekranımızın süni görünən tərəfləri

Ekranımızın süni görünən tərəfləri


Vaxt var idi, Azərbaycanın ağızdan-ağıza gələn, dillərdən düşməyən ən əsası tamaşaçıları özünə dərin maraq hissi ilə bağlayan xeyli sayda filmləri var idi. Bu filmlər elə filmlər idi ki, izləyicilər onu təkrar-təkrar izləməkdən doymurdu. Zaman keçdikcə, kino sənətimiz tərəqqi etmək əvəzinə tənəzzül etməyə başladı. Sonradan sonraya yaradılan ekran əsərləri isə nəinki, əvvəlkilər səviyyəsində olmadı, üstəlik, süniliyi, şitliyi ilə əsəbləri tarıma çəkirdi. 

Bir-birinə məzmunca yaxın, amma iki fərqli sual ortaya qoyaq. Köhnə filmlərin ürəkləri fəth etməsinin, sonradan isə bu sahənin dəyərini itirməsinin səbəbi nə idi? Cavab əslində çox sadədir. Rejissor, ssenarist, və aktyor məsuliyyəti. 

XX əsrin son on illiyinin başlanğıc illəri Azərbaycan tarixində bir sıra hadisələrlə yadda qaldı. Bir tərəfdə 71 il sonra qazanan müstəqillik, digər tərəfdən yaşadılan faciələr və azadlığın ilk dönəmlərində inkişaf planları və s. Təsirsiz ötüşməyə bilmədi. Düzdür, bu sahədə bəzi nümunələr nəzərə çarpsa da bunlar əvvəlki kimi tamaşaçılar arasında körpü yarada bilmirdi. Ölkə telekanallarında isə Meksika və Braziliya serialları hökm sürməkdə idi. Tədricən bunların cərgəsinə türk və hind serialları da əlavə olundu. Xarici serialların çoxunun rus dilində olması, türk seriallarının da türk dilində verilməsi artıq televiziya verilişlərinin sırf Azərbaycan dilində olması ilə nəticələndi, haqlı olaraq bununla bağlı qərar qəbul etdi. Milli filmlərin və seriallar çəkilməsi, kino sənətinin inkişaf etdirilməsi ilə bağlı mühüm addımlar atıldı, telekanallların hər birinə 300-500  min manat maliyyə yardımı ayrıldı, ən əsası, əcnəbi serialların yayımı dayandırıldı.

Bununla da  böyük boşluğa düşən telekanallar arşında yarışma başladı. Lakin il, gözləntilər hələ çox da özünü doğrultmadı, Azərbaycan əhalisi Türkiyənin “Türksat” peykinə yönələrək türk seriallarını türk dilində izləməyə üz tutdu. Buna baxmayaraq, tədricən tamaşaçını özünə cəlb edə bilən nümunələr də müşahidə olunmağa başladı və  bu sahədə canlanmağa yarandı. Daha çox Azərbaycan tamaşaçısı komediya janrında olan film və serialları izləməyə üstünlük verirdi. Ümumən keyfiyyətli ekran əsərinin yaradılması üçün bir sıra amillər zəruridir. Onların içərisində ən vacib olanları bunlardır.

 



Maliyyə hər şeydən öncə gəlir





Aktyorların, rejissorların ən çox şikayətləndikləri məsələlərdən biri. Maliyyə vəsaitinin az olması sözsüz ki, keyfiyyət pis təsir göstərir. Aktyorlar da çox zaman az pula həmin rolu oynamaqdan imtina edir. Bəzən belə hallarda rejissorlar kimi gəldi seçirlər. Yaxşı maliyyə həm də maddi texniki bazanın olması üçün zəmin yaradır. Bu zaman kəmiyyət keyfiyyətlə düz mütənasibdir. 

 



Mövzu və ideya seçimində yenilik nə üçün vacibdir?





Bu gün dünya miqyasında filmlər haqqında deyə bilmərəm, amma serialların mövzuları bir-birlərini təkrarlayır. Serial bazarında lider yerlərin birində dayan, çox ölkələri qabaqlayan Türkiyə serialları da bu məqamdan kənarda qalmamışdır. Əksər serialların mövzuları demək olar ki eyni olur. İstər filmlərdə, istərsə də, seriallarda fərqli süjet xətlərinin olmasına can atmaq lazımdır.



 

Ekran işinin mükəmməl olması üçün rejissor işi ilə güclü ssenarinin olması vacibdir





Çəkilişlər başlamazdan öncə hər şey bunlardan başlanır. Çünki, mövcud səhnənin lazımi səviyyədə əks etdirilməsi,  aktyor/aktrisanın öz obrazına konsentrasiya olması və epizodların tam dolğun alınması  üçün güclü ssenarinin olması vacibdir. Hal-hazırda Azərbaycan aktyorlarının şikayət etdikləri məsələlərdən biri də məhz zəif ssenaridir. Köhnə filmlərə, o cümlədən teletamaşalara qayıtdıqda biz fərqli mənzərənin şahidi oluruq.

Səhnənin daha təsirli olması üçün  müvafiq məkanın və vaxtın doğru seçilməsi də mütləqdir.

 



Aktyorları məqamına görə seçilməlidir



Aktyor seçimi ən mürəkkəb prosesdir və seçilərkən onun rola uyğun olub-olmaması nəzərə alınmalıdır. Təkcə məşhur Həzrəti Yusif serialının çəkilişi zamanı Yusif obrazı üçün aktyor il yarımlıq gərgin axtarışlardan sonra 3000 nəfər insan içindən seçilmişdir.

 



 Rol ifaçısının özünü unudaraq roluna tam adaptasiya olması zəruri amillərdəndir...

 



Bu məqamda hər hansı obrazı canlandıracaq şəxs  ssenari ilə tanış olaraq artıq özünü ona uyğun şəkildə hazırlamalı və obrazın tələbinə görə davranmalıdır.

 



Zərurət yaranmadıqca ləhcələrdən, ədəbi dilin leksikasında olmayan sözlərdən istifadə etməmək gərəkdir.

 



 Yerli serialların bir çoxunda “ana” əvəzinə “mama”, “ata” əvəzinə ”papa” sözləri işlədilir. Üstəlik, Bakı şivəsindən də çox istifadə edilir. Bunu bilmək lazımdır ki. ləhcə və şivələrdən yalnız obraz yaratmaq üçün istifadə etmək məqbuldur. Yəni, Bakı ləhcəsindən yalnız bakılı obrazını yaratmaq üçün istifadə etmək olar.

 



Epizod təbii alınan qədər müxtəlif sayda dublların çəkilməsindən “qaçmamaq” lazımdır.





Azərbaycanda komediya janrında olan seriyaların daha çox sevilməsinin səbəblərindən biri də budur. Aktyorlar bəzən özlərini saxlay bilməyib güldükdə həmin səhnəni təzədən çəkməli olurlar .Amma dram janrıda olan seriyalarda və filmlərdə bunu demək çətindir. Sanki rejissorlar bütün işlərini bir dəfəyə bitirmək istəyirlər. Film və serial bazarı inkişaf etmiş ölkələrdə hər şey ən xırda ayrıntısına qədər nəzərə alınır.

 



Dublyaj zamanı uyğun səslərin seçilməsi ekran işinin təbii alınmasında mühüm rol oynayır.



Xəzər TV-də yayımlanmış “Susmuş vicdan” serialındakı bəzi səslər obrazların deyildi.  Halbuki, həmin səslər,  serialın baxımlılıq və təbiilik dərəcəsinə müsbət təsir göstərmişdi. Ümumən bu xüsusda bir şeyi yadda saxlamaq lazımdır ki. rol ifaçısının səsi, danışıq tempi təbii alınmaya bilər. Lakin hesab edilsə ki. bu rola məhz o uyğundur, onda həmin rola uyğun əlavə “səs” də tapmağa çalışmaq lazımdır.

 



Melodiyalar, fonlar, musiqilər...





Montaj zamanı, təkcə quru, cansıxıcı melodiyalardan deyil, həyəcanlı səhnələrdə, həyəcanı, marağı bir az da artırmaq üçün ona uyğun melodiyaların istifadə olunması.



Siyahını daha da genişləndirmək olar. Amma zaman keçdikcə, mövcud problemlər tədricən aradan qalxacaq. Azərbaycan filmlərinin şöhrətini özünə qaytarmaq üçün filmoqrafiya komandası səfərbər olmalı, canla başla çalışmalıdır. Buna görə də əvvəlki dönəmlərin rejissorlarından, aktyorlarından (aktrisalarından) məsləhət almaqdan çəkinməməlidirlər. Yaxşı olar ki, onlar həm də köhnə işlərinə dönüb bir də baxsınlar. Çünki o zaman öz yanlışlarını görəcəklər və səhvlərini aradan qaldırmaq üçün əllərindən gələni edəcəklər .Əsas məsələlərdən biri də, milli film və serialların dünya bazarına çıxarılmasını təmin etməkdir. Çünki, təkcə ölkə hüdudunda kifayətlənmək olmaz, həm də ölkə hüdudlarını da aşmaq lazımdır. Bəlkə çoxlarına bu fikri gülməli və fantastik gələ bilər. Amma ölkəmizdə bu sahəyə diqqət və qayğı göstərmək üçün mühüm addımlar atılırsa, məncə gülmək yox, birlik göstərib. Nöqsanları aradan qaldırmaq və inkişafa doğru addımlamaq lazımdır


Teqlər:
Bu xəbər cəmi 3160 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR