ABŞ hökuməti Şimali Koreya rejiminə qarşı bir neçə siyasi ssenari hazırlayıb."Yenimeydan.info “Wall Street Journal”a istinadən xəbər verir ki, bu variantlar arasında rəsmi Pxenyana qarşı güc tətbiqi və mövcud hərbi-siyasi rejimin devrilməsi də var.
“Wall Street Journal”-ın məlumatına görə, 2 həftə əvvəl ABŞ prezidentinin siyasi məsələlər üzrə köməkçisinin müavini Ketlin Makfarlend müxtəlif hakimiyyət nümayəndələri ilə görüş keçirərək onlardan Şimali Koreyaya münasibətdə fikir və təkliflərini dinləyib. Febralın 28-də Ağ Evə təqdim edilən həmin təkliflər arasında Şimali Koreyanın nüvə dövləti kimi tanınmasından tutumuş hərbi müdaxiləyə qədər müxtəlif variantlara göz gəzdirilib.
ABŞ Sakit okean hövzəsindəki əsas müttəfiqləri – Cənubi Koreya və Yaponiya rəsmiləri ilə görüşlərdə də bütün varinatları gözdən keçirdiklərini bildiriblər.
Vaşinqtonu ən çox narahat edən məsələ Şimali Koreya rəhbərliyinin kontinentlərarası ballistik raketi sınaqdan keçirmək planlarını açıqlaması olub.