Ermənistanda parlament seçkilərinin tarixi yaxınlaşdıqca, siyasi partiyalar arasındakı gərginlik də artır.
"Yenimeydan.info" Ermənistan KİV-nə istinadən xəbər verir ki, səs toplamaq üçün partiyalar öz resurdslarını işə salırlar.
“Joxovurd” qəzetinin məlumatına görə, Ararat vilayətində hər seçiciyə 62 dollar rüşvət təklif olunur.
“Hakim partiyanın tutduğu adamlar ev-ev gəzərək insanlar 30 min dram (62 dollar) rüşvət təklif edirlər. Qəzetin yazdığına görə seçki tarixi yaxınlaşdıqca, pulun məbləği də artır.