Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

5 əsgərimizə “arxadan vurulan zərbə?”

5 əsgərimizə “arxadan vurulan zərbə?”


Azər Qismət



Fevralın 24-dən 25-nə keçən gecə Azərbaycan ordusunun 5 hərbçisi şəhid oldu. Müdafiə Nazirliyinin fevralın 25-də qısa açıqlaması bundan ibarət idi ki, itkilərimiz var. Bundan sonra həyəcanla növbəti rəsmi xəbəri gözlədik. Həmin günlərdə rəsmi xəbərdə neçə yaralı və şəhidimizin mövcudluğunu bilmək istədik.



Və belə həyəcanlı anlarda sosial şəbəkələrdə ehtiyatlı olduq, artıq-əskik, kiminsə xalası və bibisinin eşitdiklərini yazmadıq. Çünki bilirdik ki, düşmən saytları bizi izləyir və istənilən statusu tərcümə edib yayımlamaqla xalqlarına şad xəbər çatdırırlar. Həmin saatlarda Diana Arutunyan adlı qızın statusu da paylaşıldı. Erməni qızı qardaşı ilə əlaqə saxlayıb və onun dediyinə görə erməni tərəfdən 300 nəfər ölüb. Əlbəttə, rəsmi məlumatsızlıq şəraitində belə status bütün sosial şəbəkə istifadəçilərinin sevincinə səbəb oldu. (Yeri gəlmişkən, əksər ermənilər statusu rus dilində deyil, erməni dilində yazır).



Müdafiə Nazirliyinin rəsmi məlumat hələ yaymamasının ciddi əsasları ola bilərdi. Çox güman ki, əsgərlərimizin nəşlərinin neytral zonadan çıxarılmasından sonra belə məlumatı yaymağı düşünüblər. Bunu anlamaq olar. Amma maraqlı məqam tamam başqadır.



Necə olur ki, Müdafiə Nazirliyinin rəsmi məlumatı yayılmamış Ermənistanın Panarmenian, Armenpress kimi saytları şəhid olan əsgərlərimizdən 3 nəfərin ad-soyadını olduğu kimi dərc etdi. Bu məlumat onlara kim tərəfindən sızdırılıb? Doğrudanmı, ordumuzda satqınlar var? Əgər varsa bu məsələ ciddi araşdırılmalıdır. Üstəlik, əsgərlərimizin hərəkət trayektoriyası dəqiqliklə çəkilib.Ermənistan müxalifətinin üzvləri daim qeyd edirlər ki, onların gecəgörmə cihazları kifayət qədər deyil. Hətta təmas xəttindəki bəzi məntəqələrdə belə cihazlar yoxdur. Çox maraqlıdır ki, fevralın 24-dən 25-nə keçən gecə sanki bütün gecəgörmə cihazları həmin nöqtəyə cəmlənərərk əsgərlərimizin hərəkətini qeydə alırdı. Sanki bunu əvvəlcədən biliblər.



Başqa bir məqam isə fevralın 24-də telekanalda yayımlanan bir məlumat oldu. Ölkənin telekanallarından biri xəbər verdi ki, müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsindədir. Tamaşaçılar düşündü ki, hörmətli nazirimiz ora gedibsə ya vəziyyət kritikdir, ya da hansısa əməliyyat hazırlanır. Zakir Həsənovun cəbhə bölgəsində olmasının efirdə yayımlanmasına nə ehtiyac var? Bununla da düşmən tərəfi müdafiə nazirimizin orada olmasını bilir. Onun təhlükəsizliyinə ciddi zərbə vururuq.



Müharibə zamanı həmişə satqınlar olub və olacaq da. Hələ aprel döyüşlərində xalq arasında 5 çobanın düşmən tərəfə informasiya ötürməsi barədə çox danışılırdı. Yaxud, guya səngərdə hansısa yüksək rütbəli zabitimiz Ermənistandan kiminləsə rus dilində danışıb informasiya ötürəndə buna sadə əsgərlərimizdən biri görüb. Bunlar söz-söhbət olsa da, məsələ ciddi araşdırılmalıdır. Əlbəttə, biz Müdafiə Nazirliyinin rəsmi məlumatı ilə razılaşıb deyirik ki, düşmənin kəşfiyyat-diversiya qrupu bizim mövqelərimizə hücum edib və qarşısı alınarkən beş şəhid vermişik. Yox, əgər hücuma keçən bizim kəşfiyyatçılar olubsa, onda əməliyyatı kim satıb? Hər halda rəsmi məlumat daha əsasdır və dünyaya da belə çatdıracağıq.



Digər araşdırılmalı məsələ erməni tərəfinin guya bizim telefon zənglərinin dalğasını tutmaqdan ibarətdir. Aprel döyüşlərində olduğu kimi onlar yenə danışıqları tutub Youtube-ə yerləşdirdilər. Əvvəlcə güman etmək olardı ki, Ermənistan kəşfiyyatı bunu Gürcüstan azərbaycanlılarını danışdırmaqla həll edir. “Qırmızı körpü” ərazisində bir-biri ilə alver edən kifayət qədər erməni və azərbaycanlı var. Ya da Azəbaycandan çıxıb getmiş və dilimizdə səlis danışan erməniləri danışdırıb belə hiyləyə əl atırlar. Yaxud, hələ də erməni əsirliyində olan azərbaycanlılar buna məcbur edilir. Lakin telefon danışığında şəkili, qazaxlı, salyanlı ləhcələrini açıq-aydın eşidirik. Əgər bu erməni kəşfiyyatının hiyləsidirsə, bunu inandırıcı şəkildə həyata keçirirlər. Əgər doğrudan da dalğaları tuturlarsa, bu məsələ də ciddi araşdırılmalıdır. Satqınlar isə tapılmalıdır. Çünki hələ qarşıda torpaqların alçaqlardan təmizlənməsi üçün çox işlər görəcəyik.


Teqlər:
Bu xəbər cəmi 2310 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR