Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hafiz Hacıyev hansı nazirlərin axırına çıxıb? - partiyaya axının ilginc sirri

Hafiz Hacıyev hansı nazirlərin axırına çıxıb? - partiyaya axının ilginc sirri

Müasir Müsavat Partiyasının sıraları genişlənir. Bir siyasi orduya çevrilən MMP-yə bu ilin əvvəlində üzv olanların sayı daha da artıb. MMP sədri Hafiz Hacıyevin ardıcıl, sistemli və prinsipial mövqeyi partiya mənsubiyyəti olmayanların diqqətini çəkməkdədir.


 


Müasir Müsavat Partiyasına qoşulanların arasında tanınmış sənətçilər, ziyalılar, elm adamları, ictimai xadimlər və fəallar görmək olar. 


 


Son aylarda partiyanın hökumətin siyasətini sərt tənqid etməsi, MMP sədri H.Hacıyevin məmurların korrupsioner fəaliyyətini açıq şəkildə bəyan etməsi, nazirlərin və məmurların adlarını çəkməsi, islahatlara düşmən kəsilən bəzi qüvvələri ifşa etməsi onun siyasi lider kimi nüfuzunu artırıb. 


 


Bəzi müxalif partiya sədrlərinin virtualda fəaliyyətindən fərqli olaraq H.Hacıyev sosial şəbəkələrdə mübarizə aparmır. 


 


MMP-nin siyasi mövqeyi və kursu Feysbukda aktivlik göstərmək, status yazmaq və layk toplamaq üzərində qurulmayıb. 


 


Partiya rəhbərliyinin konkret tələbi və üzvləri qarşısında təlimatı bundan ibarətdir: təşkilatlanmanı gücləndirmək, partiya sıralarını genişləndirmək, iqtidara gələcək və parlamentdə təmsil olunacaq bir qüvvəyə çevrilmək, xalqın problemlərinə sosial şəbəkədən yox, yaxından yanaşmaq, özbaşınalıqları açıq şəkildə dilə gətirmək, hakimiyyətdə xalqa divan tutan məmurları açıq göstərmək. Bu baxımdan H.Hacıyevin siyasəti başqalarından seçilir, MMP-yə qoşulanlar çoxalır


 


H.Hacıyevin tənqid etdiyi nazirlərin əksəriyyəti gec-tez vəzifəsini itirir. Onun zaman-zaman korrupsiya fəaliyyətini ifşa etdiyi və istefasını tələb etdiyi nazirlər bu gün vəzifədən kənarlaşdırılıb. 


 


Misal olaraq keçmiş iqtisadi inkişaf nazirləri - Fərhad Əliyev və Heydər Babayev, keçmiş sosial müdafiə naziri Füzuli Ələkbərov, keçmiş kənd təsərrüfatı naziri İsmət Abbasov, sabiq nəqliyyat naziri Ziya Məmmədov, eks təhsil naziri Misir Mərdanov məhz MMP sədrinin tənqid hədəfində olublar. 


 


Onun istefasını tələb etdiyi həmin nazirlərin işdən azad olunması cəmiyyətdə H.Hacıyevə böyük bir inam, rəğbət yaradıb. 


 


Bu mənada partiya sıralarına qoşulanların ordusu böyüyür. Bu gün də H.Hacıyev nazirləri tənqid edir, islahatların yolunu göstərir, problemləri açıq şəkildə söyləyir, bəzi partiya liderlərindən fərqli olaraq, gücünü sosial şəbəkələrdə yox, mətbuatda göstərir. 


 


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ən çox təhdid edilən və iqtidardakı bəzi qüvvələrin hədəfində olan siyasətçidir


 


H.Hacıyev aktiv fəaliyyəti, açıq şəkildə çıxışları, adlar çəkərək hədəfləri vurması hakimiyyətdəki qüvvələri narahat edir. 


 


MMP sədrinin radikal fikirləri, nazir və məmurları ölkəni uçuruma apardığını söyləməsi, prezident İlham Əliyevə açıq çağırış edərək komandasındakı yırtıcı şəxsləri uzaqlaşdırması təklifi müəyyən dairələri narahat etməkdədir. 


 


Üstəgəl, onun rəhbərlik etdiyi partiyaya insanların axın etməsi, partiya sıralarına qoşulması, iqtidara sərt sözləri, MMP-nin daha güclü görünməsi hakimiyyətdəki ayrı-ayrı adamları həyəcanlandırır.(politika.az)

Teqlər:
Bu xəbər cəmi 1435 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR