Yəməndə hərbi geyimli terrorçu partlayış törədib.
“Yenimeydan.info” rus KİV-nə istinadən xəbər verir ki, terrorçu Zənzibar ərazisində yerləşən hərbi düşərgəyə bombalı maşınla hücum edib. Nəticədə hərbçilərdən 8-i dünyasını dəyişib, 10 nəfər isə yaralanıb.
Yerli hakimiyyətin sözlərinə görə, kamikadze “Əl-Qaidə” qruplaşmasının üzvü ola bilər.