Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ömürlük məhkumların işləri üzrə işçi qrup yaradılıb

Ömürlük məhkumların işləri üzrə işçi qrup yaradılıb

Azərbaycanda son bir neçə gündə 3 məhkum dünyasını dəyişib. Ölən məhkumlar Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan 1939-cu il təvəllüdlü Arif Zeynəddin oğlu Mahmudov, 1962-ci il təvəllüdlü Əli Cəlal oğlu Məmmədov və 1958-ci il təvəllüdlü Elmixan İbrahim oğlu Bagiyevdir. Məlumata görə, Arif Mahmudov ömürlük məhkum olub.


 


Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü Əliməmməd Nuriyev deyir ki, hazırda ömürlük həbsdə olan məhkumların işləri üzrə işçi qrup yaradılıb: “Qrup üzvləri ömürlük həbsdə olan şəxslərin işləri üzrə diqqətlə araşdırma aparırlar. Söhbət ondan gedir ki, qanunvericilik hər məhkuma cəzasını müəyyən qədər çəkdikdən sonra cəzasının şərti cəza ilə əvəzlənməsi, rejim növünün dəyişdirilməsi, əfv üçün müraciət etmə hüququnu tanıyır. Bu başqa məsələdir ki, həmin müraciətlər təhlil edilir və ya edilmir. Azərbaycanda cəza siyasəti daha çox humanizm prinsiplərinə söykənir. Məhkumlara azadlığa çıxmaq üçün şans verilir. Bu, qanunda nəzərdə tutulub. Azərbaycanda praktikada olub ki, ömürlük azadlıqdan məhrum olunmuş şəxslərin cəzası müddətli həbslə əvəzlənib və ya ümumiyyətlə azad olunublar”.






Ə.Nuriyev qanunda xəstə ömürlük məhkumların azad edilməsinin nəzərdə tutulduğunu da açıqladı: “Məhkum edilmiş şəxs Ədliyyə və Səhiyyə nazirliklərinin birgə təsdiqlədikləri xəstəliklər siyahısındakı 18 ağır xəstəlikdən birinə tutulubsa, komissiya təşkil olunur. Komissiya üzvləri məhkumun sağalmaz ağır xəstəliyə tutulması haqda rəy hazırlayır və həmin rəy əsasında məhkəmə həmin məhkumun azad edilməsi haqda qərar verə bilər. Azərbaycanda bu praktikadan dəfələrlə istifadə edilib”.


 


 


Ə.Nuriyev bildirib ki, “Əfv etmə haqqında” əsasnaməyə görə ömürlük məhkum edilmiş şəxs cəzasının 10 ilini çəkdikdən sonra əfv olunması ilə bağlı müraciət edə bilər. Müraciətə baxılarkən prezident həmin şəxsin cəzasını 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə əvəzləyə bilər: “Hesab edirəm ki, Azərbaycan Cinayət Məcəlləsində də müvafiq dəyişikliklər olmalıdır. Xüsusilə ömürlük cəzaçəkmə növündə cəza çəkənlərlə bağlı dəyişikliklər olmalıdır. Yəni şəxs etdiyi cinayət əməlindən asılı olaraq onun hansı müddətdən sonra şərti cəzaçəkmə ilə bağlı, cəza növünün dəyişdirilməsi və daha yüngül cəza üçün müraciət etməsi hüququ hökmün özündə də göstərilsin. Bu halda mütləq şəkildə cinayətin xarakteri, məhkum edilən şəxsin şəxsiyyəti, zərərçəkənin mövqeyi nəzərə alınmalıdır. Bu ölkə başçısının imzaladığı ”Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ilə səsləşən bir addım olardı".


 






Ə.Nuriyev ölkə başçısının mart ayında əfv sərəncamı verəcəyini də istisna etmədi: “Bizlər cənab prezidentin əfv sərəncamı verəcəyini gözləyirik. Ümid edirik ki, əfv edilənlər sırasında ömürlük azadlıqdan məhrum edilən şəxslər də olacaqlar”.(musavat.com)

Teqlər:
Bu xəbər cəmi 2065 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR