Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Milli Məclisin deputatları Avstraliyada

Milli Məclisin deputatları Avstraliyada


Qərbi Avstraliyanın paytaxtı Pert şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.



"Yenimeydan.info" xəbər verir ki, Azərbaycanın Avstraliyada fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya federal parlamentinin deputatları, Pert şəhərində yaşayan həmyerlilərimiz, ictimai xadimlər, mediya təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.



Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Avstraliyadakı fəxri konsullu Aydan Rzayeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəşi, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.



Tədbir çərçivəsində iştirakçılara Xocalı faciəsindən bəhs edən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində çəkilən film nümayiş etdirilib.



Yığıncaqda çıxış edən deputat Xanlar Fətiyev bildirdi ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız Azərbaycan mərhum prezident Heydər Əliyev hakimiyyətə yenidən  qayıtdıqdan sonra alıb. Və onun beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb.



Bildirildi ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən dünya ictimaiyyətinə Xocalı soyqırımının çatdırılması, xalqımıza qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər barədə həqiqətləri açıqlamaq üçün bu siyasət ardıcıl şəkildə davam etdirilir.



Millət vəkili Xanlar Fətiyev Xocalı soyqırımından bəhs edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartların mövcud olduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, Azərbaycan Respublikasının yeni təyin olunmuş Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əmək sərf edib.



 



Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası sayəsində bir çox ölkələr Xocalı faciəsini pisləyib, onu soyqırım kimi tanıyıblar. Bu ölkələr sırasında Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Meksika, Pakistan, Peru, ABŞ-ın 20-dən artıq ştatı və digər ölkələr var.



 



Tədbirdə çıxış edən millət vəkili Asim Mollazadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini zəbt etməsi və şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirməsi barədə söhbət açıb.



Deputat faciə ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə tanınması məsələsinin Azərbaycanın daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə görülmüş əməli tədbirlərin konkret nəticələr verdiyini söyləyib.



 



Asim Mollazadə başqa xalqların diaspor təşkilatları ilə birlikdə Xocalı həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində görülən işlərdən söz açaraq qeyd etdi ki, hətta yəhudi diasporu hər il Xolokost qurbanlarını anarkən Xocalı soyqırımında həlak olan vətəndaşlarımızı anır.



Tədbirdə çıxış edən Qərbi Avstraliya parlamentinin deputatı Liz Behcad, Xolokostla Xocalı soyqırımının oxşarlığını qeyd edərək, faciəyə layiqli  qiymət verilməsinin zəruriliyini vurğulayıb. O, bu hadisəyə hələ də dünyada layiqli hüquqi və siyasi qiymət verilməməsindən təəssüfləndiyini bildirib.



Tədbirdə Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Azərbaycan reallıqlarından danışdı və ölkəmizin ən tolerant dövlətlərindən biri olduğunu xüsusi vurğuladı.



 



Avstraliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq rəhbəri Lyuk Simpkins öz çıxışında  dedi ki,  Xocalı soyqırımı kimi hadisələrin təkrarlanmaması üçün bu faciə öz layiqli qiymətini almalıdır.


Teqlər:
Bu xəbər cəmi 2530 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR