Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Ərdoğanla əlaqə saxlayaraq...” - Prezident

“Ərdoğanla əlaqə saxlayaraq...” -  Prezident
“Bizə yaraşan şəkildə müzakirə edilərək...”


Türkiyə prezidenti Abdulla Gül ölkədə baş verən hadisələrlə bağlı bəyanatla çıxış edib. Abdulla Gülün yazılı açıqlamasında deyilir:



“Demokratiyaya, plüralizmə və hüququn aliliyinə inanan, bu yolda daha çox məsafə qət etmək əzmində olan Türkiyədə fərqli düşüncələrin, baxışların olması, önəmli mövzularda fərqli mövqelərin, yanaşmaların ortaya çıxması çox təbiidir. Bu, demokratik cəmiyyətin ən böyük zənginliyidir. Əsas önəmli olan məsələ mədəni şəkildə diskussiya apara bilmək, dialoqa açıq olmaq, müxtəlif mövqeləri dinləməkdir. Demokratik cəmiyyətdə etirazlar qayda-qanuna uyğun və sakit şəkildə ifadə edilməli və müvafiq olaraq ölkəni idarə edənlər də fərqli düşüncələrə və narahatlıqlara diqqətlə yanaşmalıdır. Taksimdə bir neçə gündən bəri davam edən və təəssüf ki, dünəndən bəri narahatedici səviyyəyə gələn olaylara son qoymaq üçün hamımız təmkin nümayiş etdirməliyik. Təhlükəsizlik qüvvələrimiz öz vəzifələrini yerinə yetirərkən hər zamankından daha çox həssas olmalı, müdaxilə edərkən adekvat davranmalı və üzücü görüntülərin meydana gəlməsinə imkan verməməlidir. Bu gün səhər baş nazir və digər səlahiyyətli şəxslərlə əlaqə saxlayaraq bu məqamları onlara da söylədim. Sakitliyin təmin edilməsi və məsələnin bizə yaraşan şəkildə müzakirə edilərək nəticələndirilməsi üçün hər kəsin üzərinə düşəni edəcəyinə inanıram”./anspress/


Teqlər:
Bu xəbər cəmi 1270 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR