“Son günlər Türkiyədə baş verən hadisələri hamı kimi məni narahat etməyə bilməz.Baş verən hadisələrə hər kəsin öz fikri ola bilər və ona hörmətlə yanaşmalıyıq. Yaşanan hadisələr ürəyimizi ağrıdır. Qardaş ölkədə hansısa ürəkağrıdıcı hadisə baş verən zaman,buna ən çox üzülən Azərbaycan insanı olur.
Bu gün hamımız yaxşı bilirik ki, Türkiyəni istəməyən qüvvələr çoxdur. Onlar Türkiyənin güclənməsindən, inkişafından narahatdırlar və baş verə biləcək hadisələri öz maraqları üçün istifadəyə cəhd edə bilərlər. Unutmamalıyıq ki, burada nə olacaqsa, bunun ən böyük zərbəsi Türkiyə və türk xalqına dəyəcək. Bu isə düşmənləri sevindirəcək.
Amma unutmamalıyıq ki, Türkiyə güclənərsə, bütün türk dünyasının güclənməsi deməkdir. Tarixdə Osmanlı necə çökdürüldüsə, eynilə Türkiyə dövlətini çökdürməyə çalışan dövlətlər çoxdur. Bunu hamımız yaxşı bilirik. Yeganə yol hamını ortaq məxrəcə gətirə biləcək birlik və bütövlük yoludur”.