Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mikayıl Cabbarovun kadrları dələduzluqda ittiham olunur.

Mikayıl Cabbarovun kadrları dələduzluqda ittiham olunur.




Redaksiyamıza daxil olan növbəti şikayət ərizəsi Suraxanı rayonu, 154 saylı orta məktəbin direktoru və həmin məktəbin Elmar adlı müəllimi tərəfindən aldadılaraq çıxılmaz vəziyyətə salınan Veysəl Yarmətovun rastlaşdığı dələduzluq faktları ilə zəngindir. Şikayətçinin sözlərinə görə, yaxın qohumu Şeydayeva Asya Balasultan qızını 154 saylı orta məktəbə ibtidai sinif müəllimi kimi düzəltmək istəməsi ona böyük problemlər yaradıb. Ailə üzvlərini faciəvi surətdə avtomobil qəzasında itirən Asya Şeydayeva taleyin qismeti ilə razılaşaraq Bakı şəhərinə köçməli olur. Bununla əlaqədar olaraq iş yerini də Bakı şəhərində mövcud olan orta məktəblərin birinə dəyişmək məsələsi gündəmə gəlir. Onsuzda başsız qalan ailənin yeganə üzvü olan qadın müəllimə bu zaman daha bir zərbə alır. Belə ki, 154 saylı məktəbdə müəllim kimi çalışan Elnur adlı şəxs adı çəkilən xanımdan və onun qohumundan 4000 (dörd min) manat məbləğində rüşvət alaraq, həmin məktəbin direktoru Əli müəllimlə birlikdə bu işdə onlara köməklik göstərəcəklərini yəni, Asya Şeydayevanı 154 saylı məktəbə ibtidai sinif müəlliməsi təyin etdirəcəklərinə söz verirlər. Verilən müddət başa çatdıqdan sonra direktorla görüşən pul sahibləri məsələnin nə vaxt həll olunacağını soruşublar. Direktor isə öz növbəsində nazirliyə gedəcəyini və bu məsələni həll edəcəyini bildirib. Üstündən bir neçə ay keçdikdən sonra aldandıqlarını hiss edən vətəndaşlar qarşı tərəfdən verdikləri pulu tələb ediblər, lakin, həm məktəbin direktoru, həm də müəllimi müxtəlif bəhanələr gətirərək pulu verməkdən imtina ediblər. 

Vətəndaşın şikayəti ilə bağlı 154 saylı orta məktəbin direktoru Əli müəllimlə əlaqə saxladıq. Əvvəlcə baş verənlərdən xəbərsiz olduğunu sübut etməyə çalışan məktəb direktoru əlahəzrət faktlar qarşısında duruş gətirə bilməyib hər şeyi etiraf etmək məcburiyyətində qaldı. Vətəndaşdan həqiqətən 4000 (dörd min) manat pulun alındığını təsdiqləyən direktor alış-veriş prosesində iştirak etmədiyini bildirdi. Onun sözlərinə görə pulu məktəbin müəllimi Elmar götürüb. Biz daha ətraflı olaraq suallarımızı cavablandırmaq üçün direktor 10-15 dəqiqəlik bizdən vaxt istədi. O andan etibarən isə, direktoru gördüm deyən tapılmadı. 

Hörmətli Mikayıl Cabbarov, toxunduğumuz mövzu və qaldırdığımız məsələ bir daha sübut edir ki, Siz yerlərdəki kadr təyinatı məsələlərində ciddi nöqsanlara yol verirsiniz. Məhz bu nöqsanların məntiqi nəticəsidir ki, təlim-tərbiyə və təhsil verməli olan müəssisələr bazara çevrilib. Sual olunur, müəllimi və direktoru bu gündə olan orta məktəb dövlətə və xalqa hansı xeyirləri verə bilər?! Həmin məktəbdə təhsil alan gənclər öz direktor və müəllimlərindən hansı müsbət keyfiyyətləri nümunə götürə bilərlər?! Belə çıxır ki, direktor və müəllim şagirdlərə dələduzluqların incəliklərini öyrətməyi qarşılarına məqsəd qoyublar. 

Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq. Faktla bağlı hüquq mühafizə orqanlarına müraciət ediləcək. Araşdırmalarımız davam edir.

Ardı var...









Teqlər:
Bu xəbər cəmi 2785 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR