Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rusiyadan separatçı qurumlara ilginc dəstək – Azərbaycan da yeni təhlükə ilə üz-üzə

Rusiyadan separatçı qurumlara ilginc dəstək – Azərbaycan da yeni təhlükə ilə üz-üzə

"Yenimeydan.info" xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı rejimlər tərəfindən istifadəyə verilən sənədləri tanımaq barədə fərman imzalayıb.


“Donetsk və Luqansk vilayətlərində daimi yaşayan Ukrayna vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə verilmiş sənədlərin və nəqliyyat vasitələri qeydiyyat nömrələrinin Rusiya Federasiyasında tanınması haqqında” adlanan fərmanda pasportların adı çəkilməsə də, Ukrayna mediası bu fərmanı “qanusuz LXR və DNR-in pasportlarının tanınması” kimi şərh edib. Fevralın 18-də imzalanan sənəddə deyilir ki, fərman Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarındakı vəziyyət Minsk razılaşmaları əsasında normallaşanadək müvəqqəti qüvvədə olacaq. Rusiyada tanınanacaq sənədlərin siyahısına - “faktiki olaraq fəaliyyətdə olan orqanlar tərəfindən”verilmiş şəxsiyyəti təsdiqləyən, təhsil və ixtisas, doğum, nikah və ölüm barədə şəhadətnamələr, habelə nəqliyyat vasitələrinin qeydiyyatına dair sənədlər daxildir. Bundan əlavə bu iki vilayətin müəyyən rayonlarında yaşayan Ukrayna vətəndaşlarına və ya vətəndaşlığı olmayanlara Rusiya Federasiyasının ərazisinə vizasız gediş-gəliş rejimi tanınır.


Qeyd edək ki, Donetsk və Luqansk vilayətlərindəki separatçılar Rusiyanın birbaşa dəstəyi ilə Ukraynadan ayrılmaq üçün savaşa girişiblər. Rusiya prezidenti Vladimir Putin isə bu fərmanla onlara ciddi dəstək vermiş oldu. “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” ilə bağlı atılmış addımın nə vaxtsa Azərbaycana qarşı da qondarma “DQR”in separatçı rejiminin verdiyi “pasportlar”ı da tanımaqla atılması təhlükəsi varmı?


Politoloq Şahin Cəfərli bildirdi ki, qonşumuz Rusiya, çox təəssüf ki, beynəlxalq hüquq normalarına riayət etməyən, öz maraqlarını qaba güclə, zorla təmin etməyə çalışan, olduqca aqressiv bir dövlətə çevrilib: “Ona görə də bu cür dövlətdən hər şey gözləmək olar. Azərbaycan iqtidarı uzun illərdir ki, Rusiya ilə münasibətlərdə çox ehtiyatlı xətt yeridir. Çalışır ki, Moskvanın aqressiyasını öz üzərinə çəkməsin. Münasibətləri normal hesab etmək olar. Belə bir durumda mən Rusiyadan Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı radikal addım gözləmirəm. Həm də Dağlıq Qarabağla Donbasın və ya tutaq ki, Abxaziyanın Rusiya üçün önəmini eyniləşdirmək yanlış olar. Donbasda rusdilli, rusiyayönümlü əhali yaşayır, Abxaziya Qara dənizə çıxışı olan bölgədir və sair. Dağlıq Qarabağ ərazisinin Rusiya üçün bu cür strateji önəmi yoxdur”.


Bununla belə, ekspert Ermənistanın Rusiyanın müttəfiqi olduğunu unutmamağı tövsiyə edir: “ Əgər Azərbaycan-Rusiya münasibətləri pozularsa, Moskvadan istənilən aqressiv addım, o cümlədən ”Dağlıq Qarabağ"ın tanınmasını gözləmək olar. Bu səbəblə, Azərbaycan hakimiyyətinin Rusiya ilə bağlı ehtiyatlı siyasətini ümumən doğru hesab edirəm. Amma Azərbaycanın yönü Avropayadır. Biz Rusiyanın əlinə bəhanə vermədən, onu çox qıcıqlandırmadan ehtiyatlı şəkildə Avroatlantik inteqrasiya kursunu davam etdirməliyik. Bu strateji vəzifə Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında da əksini tapıb".


Ş.Cəfərliyə görə, Ukraynanın separatçı regionlarının pasportlarının tanınması barədə fərman Minsk razılaşmalarına tamamilə zidd olmaqla, həm də onu göstərir ki, Moskva ABŞ-la (Qərblə) münasibətlərin normallaşacağına olan ümidlərini artıq itirib və Trampdan əlini üzüb: “Qərarın Bakıdakı Gerasimov-Danford və Münhendəki Lavrov-Tillerson görüşlərindən sonra qəbul olunması tərəflərin anlaşma nöqtəsindən çox uzaq olduğunu söyləməyə əsas verir. ABŞ-ın vitse-prezidenti Mayk Pens Münhendə çox sərt danışıb və Rusiyanı Ukraynadakı əməllərinə görə məsuliyyətə cəlb etmək lazım olduğunu bildirib.


Pentaqonun yeni rəhbəri general Mattis isə deyib ki, Rusiya beynəlxalq normalara uyğunlaşmayınca onunla ciddi əməkdaşlıq olmayacaq. Yeni dövlət katibi Tillerson da bənzər fikirlər söyləyib. Pens-Mattis-Tillerson üçlüyü Münhendə və Brüsseldə ABŞ-ın Avroatlantik birliyə, öz müttəfiqlərini qorumaq öhdəliyinə, ümumilikdə ənənəvi siyasətinə sadiq olduğuna dair güclü mesajlar verdilər. Getdikcə mənzərə aydınlaşır və bəlli olur ki, Trampın xarici siyasət mövzularında bəzi psixopat müşavirlərinin təsirindən, eləcə de savadsızlıq və boşboğazlıqdan qaynaqlanan bəyanatlarını ciddiyə almaq lazım deyil. Rusiyanın Tramp dönəmindən gözləntiləri - sanksiyaların qeyd-şərtsiz ləğvi, Ukraynanın prioritetlər sırasından çıxarılması, postsovet məkanının Moskvanın nüfuz dairəsi kimi tanınması, avroatlantik ittifaqda çat yaranması, ABŞ-ın qlobal rolunu məhdudlaşdıraraq öz içinə qapanması və digər ümidləri çox tez boşa çıxdı. Rəqabət və konfrontasiya şiddətlənərək davam edəcək”.


VİP sədri Əli Əliyev isə bildirdi ki, Ukrayna-Rusiya qarşıdurmasında yeni faza başlayıb: “Ukrayna rəsmi qurumları separatçı rejimlərin aradan qaldırılması, Ukrayna suverenliyinin bərpası istiqamətində ardıcıl xətlərini davam etdirməkdədirlər. Dünən Putinin imzaladığı fərman isə hüquqi müstəvidə Donbasın işğalı anlamına gəlir. Bu fərman Krımdan sonra yeni Ukrayna ərazilərinin anneksiyasıdır - düzdür, hələlik hüquqi seqmentdə. Lakin separatçıların maliyyə, siyasi, hərbi, döyüşçü qaynağının da RF olduğu heç kimdə şübhə doğurmur. Srağagün keçirilən Normand dördlüyü formatında yeni raund baş tutub. Tərəflər Minsk razılaşmalarına sadiqliklərini dilə gətiriblər. Görünən odur ki, Rusiya qlobal miqyasda baş verənlərin - itirdiklərinin kompensasiyasını yaxın qonşularından çıxmaq istəyir. Dağlıq Qarabağ probleminə gəldikdə isə, bu proseslər çoxdan həyata keçirilir. Dağlıq Qarabağda, işğal olunmuş digər ərazilərdə yaşayan ermənilərə separatçı rejimin verdiyi sənədlər Ermənistanda faktiki tanınır. Həmin sənədləri daşıyan ermənilər Rusiyaya sərbəst gedib-gəlirlər. Dağlıq Qarabağ ermənilərinin klanı İrəvan isteblişmentinin əksər hissəsini zəbt edib. Hərbi xidmət sadalanan bütün ərazilərdə proporsional şəkildə həyata keçirilir. Maliyyə və iqtisadi məkan vahid fəaliyyət göstərir. Yəni rusların bu gün Ukraynada etmək istədiklərini haylar çoxdan eksperimentdən çıxarıblar. Rusiya da buna şərait yaradıb. Nə qədər ki, etdiklərimiz şüarçılıqdan o tərəfə keçmir, bu proses belə də davam edəcək. Ukrayna xüsusi xidmət orqanları Donbas səhra komandirlərinə qarşı ov elan ediblər. Bir qədər əvvəl ”Motorola" öldürülmüşdü. Ötən həftə “Givi” ləqəbli, faşist mahiyyətli odioz separatçıbaşı iş yerində yandırıldı. Azərbaycan separatçılarla mübarizənin örnəyini Ukrayna xüsusi əməliyyatlarından öyrənməlidir. Yaxşı separatçı ölü separatçıdır. Separatizmdən imtina edənlər milliyətindən asılı olmayaraq, vətəndaşımızdır. Ukraynada həm də partizan müharibəsi gedir".(musavat.com)

Teqlər:
Bu xəbər cəmi 2520 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR