yeni meydan.info nun xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Emilya Sadıqova kəskin ağrıdan əziyyət çəkib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Məlum olub ki, o, 5 aylıq hamilə olub və vaxtından əvvəl doğuş edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.