Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.
Modern.az xəbər verir ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7351 səviyyəsində formalaşıb.
Qeyd edək ki, bu gün rəsmi dollar/manat məzənnəsi 1,7296 səviyyəsindədir.
Digər bir məlumata görə, Dövlət Neft Fondu hərraca 35 milyon dollar çıxardıb.