Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər - YENİLİK

Maşınlar yalnız bu hallarda cərimə meydançasına aparıla bilər - YENİLİK


Sürücüsü yanında olmayan avtomobilin evakuasiya edilməsi qaydası belə olacaq





Bir neçə gün əvvəl İnzibati Xətalar Məcəlləsinə edilən və 1 iyul 2017-ci il tarixindən qüvvəyə minəcək dəyişikliklər dayanma-durma və parklanma qaydalarını pozmuş nəqliyyat vasitələrinin evakuasiya olunması məsələsində də ciddi dəyişiklik nəzərdə tutur. Məcəlləyə edilən dəyişikliyə əsasən, dayanma-durma və parklanma qaydalarının pozulduğu yalnız aşağıdakı hallarda sürücüsü yanında olmayan avtomobil DYP tərəfindən evakuasiya edilə bilər:

 



1) həmin nəqliyyat vasitəsi yol hərəkətinə maneə yaratdığı hallarda;



2) həmin nəqliyyat vasitəsi piyadaların hərəkətinə maneə yaratdığı hallarda;



3) həmin nəqliyyat vasitəsi ödənişli parklanma yerində 24 saaatdan artıq duracağa qoyulmuş olduqda.

 



Məcəllənin 124-cü maddəsinə əlavə edilən “Qeyd”də birinci iki hala anlayış verilməsinə cəhd də olunub. “Qeyd”də verilən anlayış belədir: “Yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar” dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür.

 



Yuxarıdakı iki halın kifayət qədər mücərrəd olduğu aydın şəkildə görünür. Çünki yol hərəkətinə və piyadalara mane olmanın meyarı kimi işlədilən ifadələr (tıxac yaranmasına səbəb olma; digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırma) qiymətləndiricidir, yayğındır və elə anlayışın özü qədər mücərrəddir. Ona görə də bəri başdan deyə bilərik ki, bu dəyişiklik dayanma və durma qaydalarını pozmuş sürücülər üçün heç  bir yenilik vəd etmir: evakuasiya ilə bağlı vəziyyət necə idisə, elə də qalacaq.

 



Parklanma yerində 24 saatdan artıq duracağa qoyma isə hər kəsə aydındır. Burada söhbət avtomobilin parklanma yerinə daxil olmasından sonra 24 saatdan artıq müddətin keçməsindən gedir.

 



Maraqlı dəyişikliklərdən biri də odur ki, dayanma-durma və parklanma  qaydalarını pozmuş nəqliyyat vasitəsi yalnız qaydanın pozulduğu yerdə patrul avtomobilindəki bort-komputer vasitəsilə elektron protokol tərtib edilməklə cərimə meydançasına aparıla bilər. Belə protokola mütləq foto və ya video çəkiliş aparıldıqdan sonra tərtib edilməlidir. Yalnız protokol tərtib edildikdən sonra evakuasiya həyata keçirilməlidir.

 



Hər halda gözləyək görək dəyişikliklər necə tətbiq olunacaq.


Teqlər:
Bu xəbər cəmi 1775 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR