ABŞ prezidenti Donald Trampın seçki kampaniyasında iştirak edən komandasının üzvləri dəfələrlə Rusiya xüsusi xidməti ilə əlaqə saxlayıblar.
Modern.az xəbər verir ki, bu iddia ilə “The New York Times” çıxış edib.
Qəzetin Amerikanın indiki və keçmiş 4 rəsmi şəxsindən aldığı məlumata əsaslanaraq yazdığına görə, telefon danışıqlarının ələ keçirilməsi prezidentin seçkiqabağı komandasının üzvlərinin “Moskvanın kəşfiyyat birliyi” ilə dəfələrlə əlaqədə olduğunu sübut edir.
Qəzet qeyd edir ki, ABŞ-ın hüquq-mühafizə orqanları və kəşfiyyat strukturları əlaqələri təxminən Rusiyanın prezident seçkilərtinə Demokratlar partiyasının Milli komitəsinin serverinə haker hücumları ilə müdaxilə etməyə cəhd göstərdiyi zaman ələ keçirib.
Əlaqələrin məzmunu açıqlanmır, yalnız Trampın müşaviri Pol Manafortun adı çəkilir.
Manafort əvvəllər Ukraynanın keçmiş prezidenti Viktor Yanukjoviçin adminstrasiyasında müşavir işləyib. O, seçki kampaniyası zamanı bir müddət Trampın seçki qərargahına rəhbərlik edib.
“The New York Times”dəki yazıdan sonar “Associated Press” Manafortla əlaqə yarada bilib.
O, bunları deyib: “Mən heç vaxt şüurlu şəkildə Rusiya kəşfiyyatının zabitləri ilə ünsiyyətdə olmamışam, heç vaxt Rusiya hökuməti, yaxud Putrin adminstrasiyası ilə əlaqələrə cəlb olunmamışam”.