Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir təmir pulu yığan direktorları hədələdi

Nazir təmir pulu yığan direktorları hədələdi
Mikayıl Cabbarov: “İstənilən məktəb direktoru və yaxud vəzifəli şəxslərin təmir adı ilə vəsait yığması qeyri-qanunidir”


"İstənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin təmir adı ilə vəsait yığması qeyri-qanunidir. Azərbaycanın bütün ərazisində məktəb kollektivi və ya direktor tərəfindən hər hansı bir təmir işlərinin aparılması nəzərdə tutulmayıb”. 



APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, orta məktəblərin cari təmir işləri Azərbaycan ərazisində müvafiq qanunvericiliyə uyğun olaraq mərkəzləşmiş qaydada aparılmaqla dövlət büdcəsindən maliyyələşdirilir. Nazirin sözlərinə görə, Təhsil Nazirliyinə bu məqsəd üçün kiçik bir vəsait ayrılır: “Əksər hallarda bu işlər Maliyyə Nazirliyi tərəfindən yerli rayon icra hakimiyyətlərinə dövlət büdcəsində ayrılmış maliyyə hesabına görülür. Ona görə də istənilən məktəb direktoru və yaxud digər vəzifəli şəxslərin cari təmir adı ilə vəsait yığması qeyri-qanunidir. Əgər belə hallar varsa, Təhsil Nazirliyinə və aidiyyəti dövlət qurumlarına müraciətlər edilməlidir. Bu məsələlərlə bağlı biz barışmaz mövqedə olacağıq. Bu işlər müəyyən müddət aparacaq. Amma mən güman etmirəm ki, bu məsələni 2014-cü ildə KİV-də müzakirə etməli olacağıq”.





Təhsil naziri bildirib ki, hazırda müəllimlərin əmək haqlarının artırılması prinsipləri araşdırılır. Onun sözlərinə görə, maaşların artırılması üsulunun tədrisin keyfiyyəti və bir sıra digər amillərlə bağlılığı var: “Mənim fikrimcə, bu məsələyə gözübağlı yanaşmaq bir az tələsik və qeyri-peşəkar olar”.

Təhsil naziri ötən il attestat ala bilməyən məzunlar barədə də danışıb. O qeyd edib ki, bu məsələnin həllini tapması məqsədilə müvafiq dövlət qurumları ilə iş aparılır: “Bu il attestatların bütün məzunlara verilməsi ilə bağlı qərar tədris ilinin sonunda verilib. Ötən il attestat ala bilməyənlərlə bağlı bir neçə gün ərzində işin icrası qeyri-mümkün olan bir məsələdir. Düşünürəm ki, gələn tədris ilində biz müvafiq dövlət qurumları ilə birlikdə məsələnin həlli üçün addımlar atacağıq”.

Nazirlikdə aparılan struktur dəyişikliklərinə və kadr islahatlarına münasibət bildirən nazir deyib ki, bu məsələlərin ictimailəşdirilməsi və ya siyasiləşdirilməsini istəmir: “Ümumiyyətlə, mən media nümayəndələrindən xahiş etmək istəyirəm ki, bu məsələlərin lazım olan səviyyədən artıq qabardılması o qədər də məqsədə müvafiq deyil”.



APA


Teqlər:
Bu xəbər cəmi 1665 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR