Bakıda gənc oğlan özünü asaraq öldürüb.
yenieydan.info-ın Report-a istinadən xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Belə ki, Şüvəlan qəsəbəsi 22 saylı evdə yaşayan 1996-cı il təvəllüdlü İlqar Muradov özünü yaşadığı evin həyətində yerləşən dam örtüyünün taxta dirəyindən asaraq intihar edib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, intiharın səbəbləri araşdırılır.