"Ötən il Dövlət Neft Fondunun (DNF) gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub. 2015-ci ildə isə DNF-nin gəlirləri 7,6 milyard ABŞ dolları və ya 7,7 milyard manat təşkil edib. Görüdüyü kimi, 2015-ci ilə nisbətən 2016-cı ildə DNF-nin gəlirləri dollar ifadəsində 1,7 milyard azalsa da, manat ifadəsində əskinə 1,7 milyard artıb".
Strateq.az xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı alim Qubad İbadoğlu deyib.
O bildirib ki, Neft Fondunun gəlirlərinin artmasının başlıca səbəbi manatın orta illik məzənnəsinin 2015-ci illə müqayisədə ötən il yüksək olmasıdır:
"Belə ki, Dövlət Statistika Komitəsinin açıqlamalarına görə, ötən ilin dekabr ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,75 manata (ilin əvvəlindən 1,60 manata) bərabər olub.
Göründyü kimi, neft hasilatının azalması, onun dünya bazar qiymətinin ucuzlaşmasından olan itkiləri Dövlət Neft Fondu manatın devalvasiyası hesabına nəinki kompensasiya edib, hətta məzənnə fərqindən manatla əlavə qazanc əldə edib.
Nəzərə alsaq ki, ötən il DNF-yə daxilolmalar əsasən daxildə istifadə olunub, bir sözlə, manatla xərclənib, belə olanda da dünya bazarında neft qiymətlərinin ucuzlması səbəbindən gəlirlər dollar ifadəsində azalsa da, milli valyutanın devalvasiyasının hesabına Dövlət Neft Fondu büdcə xərclərini tam maliyyələşdirə bilib. Belə ki, ötən 9,4 milyard manatlıq büdcə gəlrilərinə malik olan DNF-nin xərcləri 9 milyard manat təşkil edib. Bu tendensiyanın bu ildə də davam etəcəyi real görünməsə də, yenə çox şey neftin dünya bazar qiymətlərindən və manatın devalvasiyasından aslıdır".
Ekspertin sözlərinə görə, manatın məzənnəsinin ucuzlaşması valyuta satışına görə bazarda hökmran satışa malik olan DNF-nin maraqlarına bribaşa xidmət edir və onun daxili iqtisadiyyata yönələn büdcə xərcləri üzrə öhdəliklərinin icrasına kömək edir:
"Əks təqdirdə, cari il üçün DNF-nin büdcə kəsirinin onun xərclərində payı 50 faizi ötə bilər. Əgər bazarda valyuta satışı tək əldən idarə olunursa, manat təklifi isə Mərkəzi Bankın əlahiddə inhisarındadırsa, onda konyuktur məzənnə və buxovlayıcı monetar siyasətlərinin şəxsi, ortaq və korporativ biznes maraqlarına malik olan məşhur 3-lük (Mərkəzi Bank, Maliyyə Nazirliyi, DNF) tərəfindən yalnız məhdudlaşdırıcı fiskal siyasətlə uzlaşdırıldığı halda, baş verən iqtisadi proseslər və onların nəticələri azad sahibkarların və istehlakçıların maraqlarına zidd olacaq.
Bu səbatsız siyasət iqtisadiyyatın daha da kiçilməsini, qeyri-neft sektorunun və onun ixracatının inkişafından qalmasını, işgüzar aktivliyin sönməsinı daha da sürətləndirəcək. Hərdən xalqı da düşünün, cənablar!".