Dollar dünya valyutalarına qarşı möhkəmlənib. YeniMeydan.az xəbər verir ki, səhər 9:50-də dolların indeksi (ABŞ-ın əsas 6 xarici ticarət tərəfdaşının valyuta səbətinə qarşı) 0,5% bahalaşıb. Dolar avroya qarşı 0,1%, yapon ienasına qarşı isə 0,2% dəyər qazanıb.
Ekspertlər bunu Trampın son bəyanatları ilə əlaqələndirirlər. Belə ki, Tramp infrastrukturu modernləşdirəcəyini və vergiləri azaldacağını söz vermişdi.
“Yaxın 2-3 həftə ərzində vergilərlə bağlı fenomenal açıqlama verəcəm” – deyə Tramp söyləşmişdi.