Son vaxtlar Ədliyyə Nazirliyinin İcra Şöbələri barədə şikayətlər artmaqdadır.Bu növ şikayətlərdən biri də bu günlərdə redaksiyamıza daxil olub.Sofiyev Elçin Məhəd oğlu və Sofiyeva Simnozar Aslan qızı Yasamal rayon icra şöbəsinin məmurları tərəfindən qanunsuzluğa məruz qalıblar.Şikayətçilərin müraciətlərini olduğu kimi dərc edirik:
- Biz Sofiyev Elçin Məhəd oğlu və Sofiyeva Simnozar Aslan qızı bildirmək istəyirik ki, Yasamal icra şöbəsinin icra işinin qanunsuz icrası ilə bağlıdır. Qanuna əsasən qəbul edilmiş məhkəmə qərardan şikayət vermişik. Qanuna əsasən əgər qərardan şikayət verilirsə icra hərəkətləri dayandırılmalıdır. Lakin heç bir səbəb olmadan Yasamal icra şöbəsi icra işini qanunsuz olaraq icra etmək istəyir. Səbəb isə bu işdə maraqlı olmalarıdır. Rəşidov Rövşən Baba oğlu qanunsuz olaraq vətəndaşları özündən aslı vəziyyətə salaraq onların evlərini əllərindən alır. Sələmə pul verməklə. Bu maxinasiyanın qurbanı bizdə olmuşuq. Bizim evimizə gələrək evi boşaltmağı tələb edir. Bu ev 50 il Bakı dövlət universitetində tarix fakultəsində kafedra müdiri işləmiş Sofiyev Məhəd Mahmud oğlunun evidir. Ümumilli lider tərəfindən də təhsildə göstərdiyi nailiyyətlərə görə də onu sağlığında “tərəqqi” ordeni ilə təltif etmişdir. Bizə haqlı olduğumuzu və əlimizdəki mötəbər sübutlara əsasən kömək etməyinizi xahiş edirik. Prokurorluq heç bir araşdırma aparmadan Rəşidov Rövşən Baba oğlunun qanunsuz olaraq bizim kimi vətəndaşların evlərini adına keçirməsi və onların evlərini sataraq qanunsuz gəlir əldə edərək vergidən yayınmasını araşdırmaq istəmir. Rəşidov Rövşən Baba oğlu sələmə pul verir və onlardan gələn gəlirləri vergidən gizlədərək qanunsuz varlanır. Ailə üzvlərimizin və qohumların yanında çox açiz bir vəziyyətə düşmüşük.
Belə ki, əlimizdə maddi sübutların olmasına baxmayaraq sələmçi və dələduz Rəşidov Rövşən Baba oğlu barəsində ciddi tədbirlərin görülməməsi digər Azərbaycan Respublikası vətəndaşların onun tələsinə düşmək təhlükəsini yaradıb.
Bunlardan mən Kərimov Məmməd Abdulla oğlu dələduz Rəşidov Rövşən Baba oğlunun tələsinə düşənlərdən biriyəm.
Belə ki, dələduz Rəşidov Rövşən Baba oğlundan sələmə pul qötürmüşdüm və aldığı pulun təminatı olaraq mənə məxsus olan mənzili müvəqqəti olaraq Rövşənin təşəbbüsü və tələbi ilə onun adına rəsmiləşdirdim. Dələduz Rövşən Rəşidov mənə söz verərək bildirmişdir ki, öz adına çıxarış almayacaq. Lakin bütün bunlar yalan idi. Belə ki, yalançı və dələduz Rövşən Rəşidov mənə məxsus olan evi mənimsəliyərək öz adına çıxarış aldı.
Qeyd etmək istəyirəm ki, Rövşən Rəşidovdan götürdüyüm faizləri uzun illərdir ki, külli miqdarda faizini vermişəm. Bu səbəbdən də, Rövşən tərəfindən 2016-cı ilə qədər mənim və ailə üzvlərimin həmin mənzildən çıxarılmamız barədə tələbləri olmamışdır. Mən ona ödəməli olduğum əsas və faiz borcumu qaytarmağı və mənzili tərkrar mənə alqı-satqı yolu ilə qaytarılmasını tələb etdikdə, o bu reallıq və razılaşmamızdan çəkinərək mənə məxsus mənzili dələduzluq edərək tam olaraq əldə etmək üçün boyun qaçıraraq mənə qarşı istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma barədə məhkəmədə iddia qaldırmış və mənim ona qarşı iddia tələbimdən sonra onun tərəfindən qaldırılmış mülki işin icraatı dayandırılmışdır.
Mübahisəli mənzilin alqı-satqı müqaviəsinin formal xarakter daşıması həm mənzilin alqı-satqı zamanı həmin mənzilin həmin dövr üçün real bazar qiymətindən dəfələrlə aşağı göstərilməsi, mənim həmin mənzildən istifadəmdə heç bir məhdudiyyət qoyulmaması və s. kimi hallar təstiq edir. Mənə sonradan məlum olmuşdur ki, Rəşidov Rövşən Baba oğlu tərəfindən eyni üsullarla digər şəxsləri da aldadaraq mənzillərini dələduzluq yolu ilə ələ keçirmişdir. Bununla bağlı biz kollektiv müraciət etmək məcburiyyətində qalmışıq.
Göründüyü kimi, cavabdehin mənə məxsus mənzili əldə etmək məqsədi ilə pis bir niyyətlə məni aldadaraq, mənə məxsus mənzili ələ keçirməyə nail olmuşdur ki, bu da mənim və ailə üzvlərimin evsiz qalmasına və ağır maddi vəziyyətə düşməyimizə səbəb olmuşdur.
Mən Səlimova Nüşabə Adil qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, ev 108, 58 №-li mənzilimi də qanunsuz və dələduzluq yolu ilə ələ keçirən Rəşidov Rövşən Baba oğludur. Belə ki, mənim tənha qadın olduğundan qanunları bilmədiyimdən və mənim etibarımdan sui - istifadə edərək Rəşidov Rövşən Baba oğlu ilə “ƏmrahBank”-ın VİP filialında işləyən Sənan adlı şəxslə əlbir olaraq aldadaraq mənim evimi girova salmış və pulumu mənimsəmişlər. Onlar əlbir olaraq istənilən qanunsuz hərəkətlər etdilər. Mən tək olduğumdan və həyacan içində yaşadığımdan onlar bundan istifadə edərək tez bir zamanda onlar tərəfindən banka olan borcumu bağlayacaqlar və yerdə qalan məbləği isə mənə verəcəkdilər ki, mən həmən pula özümə mənzil alım. Bu prosesslərin bir gün içində necə baş verdiyini mən hələ də anlaya bilmirəm. Belə ki, onlar mənim tək qadın və köməksiz olduğundan istifadə etmişlər. Bundan sonra Rəşidov Rövşən “Əmrah Bankın” əməkdaşı Ceyhun və sonradan bildiyim Rəşidov Rövşən Baba oğlunun anası bizim evə gələrək evi boşaldmağımızı tələb etdilər.
Belə ki, notariusda alqı-satqı müqaviləsini mən imza edərkən onu oxumağıma imkan verməmişlər. Yeqanə olaraq Ceyhun və Rəşidov Rövşən Baba oğlu bildirmişdirlər ki, bu formal bir müqavilədir.
Həmçinin qeyd etmək istəyirəm ki, mən 4 ildir ki, kirayələrdə yaşayıram və dələduz Rəşidov Rövşən Baba oğlunun qurbanlarından birinə çevrilmişəm.Lakin Rəşidov Rövşən Baba oğlu dövlət idarələrini rüşvətlə şirnikləşdirərək insanların ailələrinin dağılmasına onların evsiz eşiksiz qoymasına nail olur. Bu məsələ ictimailəşməli və haqqın bərqərar olması üçün çalışmalıyıq.Ümid edirik ki, şikayətimiz araşdırılmamış qalmayacaq. Cünki Sizə üz tutan biz ailələr respublikada qanunların işlənməsinə və dələduzların tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində vətəndaşların hüquq və azadlıqlarının qorunmasında Sizin əməyinizi görmək istəyimizdir.
Sizdən xahiş edirik ki, qanuna əsasən haqlı mənafeyimizi və sübutlarımıza hüquqi qiymətin verilməsi barədə araşdırma aparılması barədə tapşırıq verəsiniz.
Son ümidimiz Sizsiniz!
Yuxarıda adları çəkilən şəxslərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Baş verənləri nəzarətdə saxlayaraq problemin nəticəsini oxucularımıza təqdim edəcəyik.Məsələ ilə bağlı müvafiq dövlət qurumlarının münasibətini öyrənməyə çalışacağıq.