Türkiyədə referendum aprelin 16-na planlaşdırılıb.
YeniMeydan.info: Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin ədalət naziri Bəkir Bozdağ jurnalistlərə deyib.
Nazir bildirib ki, Konstitusiyaya dəyişikliklərə əsasən dövlət başçısına parlamenti ləğv etmək səlahiyyəti verilmir:
"Prezidentimizin bir tərəddüdü yoxdur. Referendumun ilkin olaraq aprelin 16-da keçirilməsi planlaşdırılır".