ABŞ Senatı senator Ceff Seşnsı baş prokuror, Ədliyyə naziri vəzifələrinə təsdiqləyib.
Bu barədə Modern.az xarici KİV-ə istinadən bildirir.
Nazirliyin strukturuna prokurorluq və bir sıra xüsusi xidmət orqanları daxildir. Onların arasında ən böyüyü Federal Təhqiqat Bürosu sayılır.
Qeyd edək ki, Seşns 1946-cı ildə anadan olub. O, 1996-cı ildən Alabama ştatınını təmsil edir.