“Bakıya ekstradisiya olunan Aleksandr Lapşinin taleyi haqda danışıqlar aparılmır, lakin onun müdafiəsi üçün bütün lazımi hüquqi addımlar atılır”.
yeniMeydan.info: Rusiya KİV-nə isitnadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.
Rusiya Xarici İşlər Nazirliyi də Lapşinin Bakıya verilməsindən təəssüfünü dilə gətirib.
“Rusiya tərəfi Belarusun müttəfiqlik ruhuna cavab verməyən qərarından dərin təəssüf hissi keçirir”.
Nazirlik Lapşinin ailə üzvləri ilə görüşməsi üçün lazımi tədbirlərin də həyata keçirildiyini bildirib.