“Azərbaycanda tələbələrə təhsil haqqının ödənilməsi təcrübəsi digər ölkələr də bəhrələnə bilər”.
Modern.az-ın məlumatına görə, bunu Dünya Bankının təhsil üzrə eksperti Kristian Aedo "Maarifçi" Tələbə Kredit Fondunun fəaliyyəti və Azərbaycanda tələbə kreditləri proqramı” mövzusunda keçirilən tədbirdə deyib.
Ekspert bildirib ki, Azərbaycanda təhsil krediti götürən tələbələrin faiz ödəmə yükü azaldılıb:
"Nazirlik bu sahədə bizə məlumat verdikdə onlara analitik dəstəyin göstərilməsi qərarına gəldik. Biz kreditlərin verilməsi ilə bağlı bütün məsələləri müzakirə etdik və nəticələri bu sahədə ən yaxşı təcrübələri istifafə etməsi üçün nazirliyə təqdim etdik. Bu sistemi başqa ölkələrdə də yaya bilərik. Məqsədimiz bu kredit sisteminin daha da faydalı olmasıdır".
Ekspert qeyd edib ki, hələlik təhsil kreditlərindən az tələbə yararlana bilib. O, bu sayın artırılmasının da düşünüldüyünü söyləyib.