Bakının Səbail rayonu ərazisində 3 qardaş dəm qazından zəhərlənib.
“YeniMeydan.info” Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Elçin Əzizov küçəsindəki mənzillərdən birində qeydə alınıb.
Həmin mənzildə kirayə yaşayan 1978-ci il təvəllüdlü Hüseyn Hüseynov, onun qardaşları – 1981-ci il təvəllüdlü Həsən Hacıyev, 1882-ci il təvəllüdlü Əli Hacıyev və həmyerliləri 1985-ci il təvəllüdlü Nəvahi Əhmədov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib.
Onlara tibbi yardım göstərilib.